Ebru sənətinin ənənəvi türk sənətlərindən biri olduğunu bilirsinizmi?
Ebru sənəti bir növ yapışqanla qatılaşdırılmış su üzərində boyalarla naxışlar çəkmək və bu naxışları kağız üzərinə köçürməkdir.
Ebru sənəti bir növ yapışqanla qatılaşdırılmış su üzərində boyalarla naxışlar çəkmək və bu naxışları kağız üzərinə köçürməkdir. Bir sözlə su üzərində rəsm çəkmə sənətidir. Ebru sənəti mahiyyətcə bəzək sənətidir. Bu dekorativ sənətlə evlər və iş yerləri üçün möhtəşəm bəzək əşyaları yaradılır.
Tarixi məlumatlara görə, XII əsrdə Çində, Yaponiyada ebru sənətinə bənzər işlər görülüb. Daha sonra bu sənət Çağatay türkləri ndə inkişaf edib. Onlar bu sənətlə əbrə adı ilə məşğul olublar. Digər tarixi məlumatlarda görünür ki, XVI əsrdə ebru sənəti İpək Yolu vasitəsi ilə Azərbaycana gəlib. Düzdür, tarixi mənbələrdə çox vaxt bu sənətin yarandığı yer İran göstərilir. Fars dilində "abru" həm suyun üzü, həm də onun naxışları qaşa oxşadığından qaş mənasını verir. Çağatay türkcəsində isə bulud topalarına oxşadığı üçün "bulud topaları" mənasını verir.
Günümüzə çatan ən qədim ebru nümunəsi 1447-ci ildə hazırlanmışdır. O, İstanbulda Topqapı sarayında saxlanılır. Osmanlı imperiyası dövründə ebru üsulu ilə hazırlanan kağızlardan dövlət sənədləri, məktublar üçün istifadə edirdilər. Kağızın gözəlliyindən başqa digər bir xüsusiyyəti də onu qiymətli edirdi. Hər bir ebru təkrarolunmaz naxış və rənglərdən ibarət olduğundan, belə kağızı və həmçinin sənədi də saxtalaşdırmaq mümkün deylidi. Diplomatik yazışmalar və ticarət əlaqələri vasitəsilə XVII əsrdə ebru sənəti Avropada da tanınmağa başladı. Burada ona "türk mərmər kağızı" deyirdilər. Bu cür kağızdan kitab çapında və üzləməsində, hədiyyələrin tərtibatında istifadə edilirdi. Sonralar xüsusilə gözəl alınan ebruları haşiyəyə alıb rəsm əsəri kimi divardan asmağa başladılar.
Ebru kitab səhifələrində, əlyazmaların kənarlarında, cildlərdə, yazı məkanlarında illüstrasiya və xəttatlıqla birlikdə istifadə olunsa da, bu gün özlüyündə bir sənət əsəri kimi qiymətləndirilir və sərgilənir. Əvvəllər bir çox insanlar bu sənətlə dolanırdısa, bu gün ebru yalnız hobbi olaraq edilən bir sənətə çevrilib.
Әlaqәli Xәbәrlәr
Elektrokonvulsiv terapiya
İnsan beyninə idarə olunan elektrik cərəyanının ötürülməsi xəstəliyi müalicəyə kömək edə bilərmi?