Burun tıxanıqlığınının səbəbləri və diaqnozu

Burun tıxanıqlığının səbəbləri, diaqnozu və ənənəvi üsullar ilə müalicəsi

1767534
Burun tıxanıqlığınının səbəbləri və diaqnozu

Xroniki burun tıxanıqlığı ciddi sağlamlıq problemlərinə səbəb olur və həyat keyfiyyətini aşağı salır. Baş ağrılarına, eyni zamanda səhər yorğun oyanmağa səbəb ola bilir. Lakin çox vaxt ciddi qəbul edilməyən xroniki burun tıkanıqlığı yuxusuzluq və yorğunluq kimi həyat keyfiyyətini azaldan problemlərə səbəb olsa da, uzun müddətdə ürək genişlənməsi kimi daha ciddi problemlərin yaranmasına səbəb ola bilər. 

Burun tıxanmasının səbəbləri nələrdir?

Məlumdur ki, burun tıxanıqlığını müalicə etmək üçün ilk növbədə səbəbi araştırılmalı və doğru diaqnoz qoyulmalıdır. Keçmişdən günümüzədək aparılan tədqiqatlar nəticəsində müəyyən edilən ən çox yayılmış və mühüm səbəblərdən bəziləri  bunlardır:

• Ümumi soyuqdəymə,

• Mövsüm dəyişkənliyi,

 • Alkoqol,

• Burun ətinin şişməsi

• Allergiyalar,

• Acılı yeməklər,

• Hormon dəyişiklikləri,

• Burunda yad cisim,

• Arteriyal hipertenziya,

• Qrip,

 • Peşə astması,

• Sinusit,

 • Hamiləlik,

 • Burun polipləri,

• Yuxu apnesi,

• Tiroid pozğunluqları.

Burun tıxanıqlığı üçün tövsiyə edilən təbii müalicə üsullarının bəzilərini diqqətinizə çatdırırıq:

Zəncəfil çayı

Zəncəfil selikli qişanın axıcılığını artırır və burun keçidlərinin açılmasına şərait yaradır. 2 stəkan qaynar suya 2 çay qaşığı zəncəfil tozu əlavə edilir. 10 dəqiqə gözləyib süzdükdən sonra bir stekan içilir. Qalan çay ilə bir dəsmal isladılaraq burnun üzərinə qoyulur.

Alma sirkəsi

Alma sirkəsi bəlğəmi yumşaldır və bakteriyaların inkişafının qarşısını alır. Bir stəkan isti suya 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edilərək içilir.

Nanə yağı

Nanə burun tıkanıklığı problemini yüngülləşdirir. Sutka ərzində yaxaya 2 damcı nanə yağı damladaraq tıxanıqlığı aradan qaldırmaq mümkündür.

Burun masajı

Buruna masaj qan axınını sürətləndirir. Bir xörək qaşığı nanə yağı və zeytun yağı qızdırılır, burun və qaş ətrafına çəkilir.

Buxar hamamı

Burun tıxanıqlığı üçün buxar tətbiqi də faydalı təbii həll üsulları arasında yer alır. Qaynadılmış suya bir neçə damcı nanə yağı, evkalipt və çobanyastığı kimi sakitləşdirici otlar əlavə edib buxarla tənəffüs edilir.

Soğan iyləmə

Bir neçə soğan dilimi dörd-beş dəqiqə qoxlandıqda burun tıxanıqlığı azalır.

Burun tıxanıklığı problemini aradan qaldıran və ya yüngülləşdirən digər təbii reseptlərə gəlincə:

• Zəncəfil və nanə kimi bitki çayları burun tıxanıklığını aradan qaldırmağa kömək edir.

• Siqaret çəkmək burun tıkanıklığına səbəb olur. Beləliklə, siqaret çəkməkdən imtina etmək problemi azaldır.

• Duzlu su burun tıxanıqlığı üçün ən təsirli üsullardan biridir. Buna görə də dənizdə üzmək və ya tərkibində dəniz və okean suları olan burun spreylərdən istifadə faydalıdır.

• Çox su içmək burnun selikli qişasının nəmini artırdığı üçün tıxanıqlığı azaldır.

• Qapalı məkanlarda mühitin nəmli olmasına diqqət edilməlidir.

• Allergiya səbəbindən burun tıxanıqlığından əziyyət çəkənlər çiçək tozundan qorunmalıdılar.

• Küləkli və quru günlərdə çölə çıxılmamalıdır.

• İlıq vanna qəbul etmək, isti su buxarı ilə  tənəffüs etmək bronxları açdığı üçün faydalıdır.

• Yatanda hündür yastıqdan istifadə etmək də tıxanmanın qarşısını alır.



Әlaqәli Xәbәrlәr