Rusiya ilә Ukrayna arasındaki gәrginlik

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi.

1765984
Rusiya ilә Ukrayna arasındaki gәrginlik

Rusiyanın Ukraynaya qarşı uzun müddәtdir davam etdirdiyi siyasi tәzyiqin son aylarda artdığı müşahidә olunur. Amerika Birlәşmiş Ştatları vә Avropa ölkәlәrinin dә daxil olduğu prosesdә ciddi gәrginliklәr yaşanır. Hərbi səfərbərlik və tərəflərin verdiyi son açıqlamalar nəzərə alındıqda hər an böyük bir qarşıdurmanın başlaya biləcəyi görünür.

Bir çox mühüm geosiyasi məsələlərdə Qərb aktyorlarını, xüsusilə dә  ABŞ-ı sahәdә sınaqdan keçirən Vladimir Putin həm zəif liderlikdən, həm də mövcud siyasətsizlikdən istifadə edərək təsir dairəsini genişləndirməyə davam edib. ABŞ dövlət katibi Blinkenin vurğuladığı kimi, yeni Sovet İttifaqı addım-addım formalaşdırılır.

Qərb ölkələri Ukraynadan Gürcüstana, Suriyadan Liviyayadәk  münaqişәnin yaşandığı  bölgələrdə Rusiyaya qarşı ciddi siyasət yürüdə bilməyib. Xüsusilə Bayden dövründə Amerika Birlәşmiş Ştatları da ciddi siyasәt yürüdә bilmәyib. Rusiyanın bu boşluğu sonunadәk doldurmaq üçün sәylәr göstәrdiyi müşahidә olunur.

Əslində  Ukraynadakı vәziyyәt məhz bu böyük mənzərənin proyeksiyasıdır. Kiyev rәhbәrliyini özünә tәhlükә mәnbәyi görәn Vladimir Putin bütün imkanları ilә Ukraynanı hәdәf alır. Amerika Birlәşmiş Ştatlarının üzәrinә götürdüyü öhdәliklәri yerinә yetirә bilmәdiyi müşahidә olunur. Bu vәziyyәt  NATO vә ABŞ-la müzakirәlәr aparan Rusiyanı daha da cәsarәtlәndirib. Almaniya isә tarixi bir sәhvә yol verәrәk tәmkinli siyasәt axtarışındadır. Rusiyadan olan  enerji asılılığı mәhdudlaşdırıcı faktorlardan biri olsa da, mümkün Rusiya işğalının yaradacağı geosiyasi tәhlükәdәn әn çox tәsirlәnәcәk ölkәlәrdәn biri dә Almaniyadır.

ABŞ-ın Rusiyanın yüz minlәrlә hәrbçisini sәrhәdә yeritmәsinә, strateji hәrbi ünsürlәrini  Belarusa yerlәşdirmәsinә baxmayaraq hәrәkәtә keçmәmәsi vә yalnız iqtisadi sanksiyalardan bәhs etmәsi diqqәt çәkir. Rusiyanın mümkün siyasi müdaxilәsinin Qәrb blokunu Rusiyaya qarşı sәrtlәşdirәcәk vә ciddi iqtisadi sanksiyalara sәbәb olacaq.



Әlaqәli Xәbәrlәr