2021-ci ildǝ Orta Şǝrqdǝ yaşanan hadisǝlǝr

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı yazısı.

1758442
2021-ci ildǝ Orta Şǝrqdǝ yaşanan hadisǝlǝr

2021-ci ildǝ Orta Şǝrqdǝ bir sıra hǝdisǝ yaşanıb. Yeni növ koronavirusun yaratdığı problemlǝr, Suriya vǝ Liviya kimi ölkǝlǝrdǝ davam edǝn qarşıdurmalar bölgǝdǝ siyasi sabitliyin bǝtqǝrar olmasına imkan vermǝyib. Amerika Birlǝşmiş Ştatlarının başda Әfqanıstan olmaqla  bölgǝdǝn qoşunlarını çıxarması isǝ hǝm Çin ilǝ Rusiya, hǝm dǝ Türkiyǝ vǝ İran kimi region ölkǝlǝr üçün yeni geosiyasi imkanlar yaradıb. 2022-ci il isǝ bölgǝ üçün hǝm ciddi fürsǝtlǝrǝ, hǝm dǝ risklǝrǝ ev sahibliyi etmǝyǝ davam edir. 2021-ci il Orta Şǝrq üçün çox çǝtin bir il olub. Xüsusilǝ qlobal pandemiyanın tǝsirlǝri ciddi mǝnada hiss edilib vǝ bölgǝdǝki ölkǝlǝrin sǝhiyyǝ infrastrukturu böyük problemlǝrlǝ üzlǝşib.

Türkiyǝ kimi sǝhiyyǝ sistemi güclü olan ölkǝlǝr bunun öhdǝsindǝn gǝlib. Bir çox Orta Şǝrq ölkǝsindǝ ciddi problemlǝr yaşanıb. Liviyadan Suriyayadǝk bir çox ölkǝdǝ davam edǝn qarşıdurmalar siyasi sabitliyin tǝmin olunmasına imkan vermǝyib. Amerika Birlǝşmiş Ştatlarının başda Әfqanıstan olmaqla bölgǝdǝn qoşunlarını mǝrhǝlǝli şǝkildǝ çıxarması bölgǝdǝ güc boşluğu yaradıb. Daha ǝvvǝl sǝrt siyasǝt yürüdǝn Körfǝz ölkǝlǝri isǝ bölgǝdǝki ölkǝlǝrlǝ münasibǝtlǝrini normallaşdırmaq üçün sǝylǝr göstǝrmǝyǝ başlayıb.

Çox güman ki, 2022-ci il bu motivlərlə formalaşacaq. Bir tǝrǝfdǝn Amerika Birlǝşmiş Ştatlarının bölgǝdǝn çıxması ilǝ yaranan güc boşluğunun necǝ doldurulacağı, digǝr tǝrǝfdǝn isǝ Türkiyǝ ilǝ Birlǝşmiş Әrǝb Әmirliklǝri, Sǝudiyyǝ Әrǝbistanı vǝ Misir arasındaki normallaşma prosesi. Körfǝz ölkǝlǝri ilǝ İran arasındaki normallaşma da bu prosesǝ ciddi şǝkildǝ tǝsir göstǝrǝcǝk. Orta Şǝrqdǝki bütün ölkǝlǝr müxtǝlif  sǝbǝblǝrlǝ olsa da normallaşma prosesinǝ daxil olmağa çalışır. Normallaşma prosesləri Yaxın Şərq üçün müsbət imic yaratsa da, İranın nüvə mǝsǝlǝsindǝki təkidi, İsrailin mümkün  təhdidləri və Suriya, Liviya, Livan və Yəməndǝki qeyri-sabitlik ciddi tǝhdid  yaratmağa davam edəcək.



Әlaqәli Xәbәrlәr