Əziz Nikolasın Antalyanın Demre qəsəbəsində yaşadığını bilirsinizmi?

Şaxta Baba kimi tanınan Əziz Nikolasın Antalyanın Demre qəsəbəsində yaşadığını bilirsinizmi?

1751989
Əziz Nikolasın Antalyanın Demre qəsəbəsində yaşadığını bilirsinizmi?

Xristianlar arasında yardım və təvazökarlıq simvolu olan Əziz Nikolasın Antalyanın Kaş qəsəbəsinə yaxın antik Patara şəhərində doğulduğu güman edilir. Daha sonra indi Demre adlanan qədim Myra şəhərinə getmiş və gənc yaşlarında yepiskop vəzifəsi icra etmişdir. Yeni bir ilə girərkən arzuları gerçəkləşdirən; var-dövlətini yoxsullarla bölüşməyi seçən Əziz Nikolas rəvayətlərə görə xüsusilə uşaqların, yoxsulların, səyyahların və dənizin qoruyucusu olmuşdur.
Demre/Myrada yaşayan insanlar ölümündən sonra onun xatirəsinə kilsə tikdiriblər və məqbərəsinin orada ölməz qalacağına inanıblar. Kilsə divarlarında “Möcüzələrin müqəddəsi” kimi tanınan Əziz Nikolas tərəfindən reallaşdırıldığına inanılan möcüzələr təsvir edilmişdir. Kilsə zaman ərzində Demre çayının daşqınları nəticəsində torpağın altında qalıb, 1956-cı ildə aparılan qazıntılar nəticəsində ortaya çıxarılıb. Hər il dekabrın 6-da ölümünün ildönümündə, xristian pravoslav inancından çoxlu ziyarətçi Demrəyə gələrək Əziz Nikolası yad edir və mərasim keçirilir. Kilsə 1994-cü ildən muzey kimi ziyarətçilərin üzünə açıqdır.



Әlaqәli Xәbәrlәr