Qarsın Boğatəpə kəndində pendir muzeyinin olduğunu bilirsinizmi?

Qarsdan təxminən 1 saatlıq məsafədə yerləşən Boğatəpə məşhur Qars qrüyeri pendirinin istehsal edildiyi kənddir.

1746317
Qarsın Boğatəpə kəndində pendir muzeyinin olduğunu bilirsinizmi?

Qarsdan təxminən 1 saatlıq məsafədə yerləşən Boğatəpə məşhur Qars qrüyeri pendirinin istehsal edildiyi kənddir. İsveçrəlilərin Alp dağlarına bənzətdiyi bu kənd həm də Türkiyənin ilk pendir muzeyinə ev sahibliyi edir.
Kənddə 1880-ci ildə tikilən və uzun müddət istifadə edilməyən süd zavodu Boğatəpə Ətraf Mühit və Həyat Dərnəyinin rəhbərliyi ilə vətəndaşlar tərəfindən bərpa edilərək muzeyə çevrilib. 2010-cu ildə açılan bu qastronomiya muzeyi həm də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən də dəstəklənir.
Üç bölmədən ibarət muzeydə Boğatəpə Qars qrüyeri və pendirin tarixini izah edən şəkillər və yazılar nümayiş etdirilir. Burada ənənəvi ev pendirinin hazırlanma mərhələlərini və köhnə pendir qəlibləri, maya qəlibləri, ağırlıq çəkiləri kimi pendir istehsalı ilə bağlı materialları görmək mümkündür. Muzeyin daxilində ayrıca bölgədə bitən 100-ə yaxın təbii bitki növünün təqdim olunduğu panno da var. Təbii müalicə üsulu kimi istifadə edilən bu bitkilərin adları, şəkilləri və nə üçün istifadə edildiyi şərh olunur.



Әlaqәli Xәbәrlәr