Saçlarda kəpək problemi

Saçlarda kəpək  problemi  və  bunun  təbii  yollarla  qarşısını  almaq  üsulları

1740340
Saçlarda kəpək problemi

Kəpək başın tüklü  hissəsinin  pilinqidir. Əsas yaranma səbəbi Malassezia Furfur adlanan göbələklərin həddindən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir. Bu dəri problemi ilə həm qadınlar, həm də kişilər tez-tez rastlaşırlar.  Buna görə də bir çox insan həkim müalicəsi ilə bərabər, ev  şəraitində, yəni təbii yollarla bu problemdən xilas olmağın yollarını axtarır. Əslində  hamımıza məlumdur ki, saçların müntəzəm yuyulması və daranması, daimi saç baxımı, uzun saçların tez-tez yığılmaması, stresin azaldılması, çox isti  və  ya  çox  soyuq  su ilə yuyulmaması, tez-tez  boyanmaması, bəzi kimyəvi saça qulluq vasitələrindən istifadənin azaldılması, günəş işığından məhrum buraxılmaması, B və  Sink kimi vitaminlərin qəbulu, uyğun şampundan istifadə və bu kimi oxşar bir çox qaydalara əməl etmək saçlarda kəpəyin azalmasına kömək edir.

Ancaq  bütün bunlarla yanaşı saçlardakı kəpəyi  təbii yollarla aradan qaldırmağa kömək  edən bir çox təbii üsullar da mövcuddur.  Bunlardan ən  çox  tövsiyə  edilənləri diqqətinizə çatdırırıq:

-Çay ağacı, kokos və zeytun yağı

Saçlardakı kəpək  əleyhinə  çay ağacı, kokos və zeytun yağları kimi  təbii efir yağlarından istifadə edilə bilər.

-Aloe Vera 

Aloe Vera kimi tanıdığımız əzvay bitkisi quru baş dərisini yumşaldır və kəpək problemini aradan qaldırır. Aloe  ilə  saçlar masaj  edilir, bir  neçə  dəqiqə  gözlədikdən  sonra yuyulur. Bu  prosesi kəpək problemi tamamilə yox olana qədər tətbiq etmək lazımdır.  Bu prosesi tətbiq edərkən nəmləndirici xüsusiyyətə malik şampundan istifadə tövsiyə olunur.   

-Kokos yağı

Bu yağ bakterisid xüsusiyyətinə  görə  dərinin  nəmliyini   artırmağa  və  kəpəyi  azaltmağa  kömək edir

-Çay ağacı efir yağı

Çay ağacı yağı kəpək əlamətlərini azalda bilən bakterisid və antiinflamatuar xüsusiyyətlərə malikdir. Bununla belə həssas dəridə qıcıqlanmaya səbəb ola bilər. Ona görə də tətbiq etməzdən əvvəl kokos yağı ilə  qarışdırılmalıdır.

-Lavanda yağı

Lavanda yağı baş dərisini sıxlaşdıraraq  onun daha hamar və sağlam olmasına  kömək  edir. Badam yağı kimi aromatrapiya yağları ilə qarışdırılaraq tətbiq edildikdə kəpək problemini  aradan  qaldırır.

-Zeytun yağı

Baş dərisi bir az zeytun yağı ilə  ovuşdurulur və  isti su  ilə nəmləndirilmiş dəsmal ilə 40 dəqiqə bağlanır. Bu həftədə  bir dəfə  tətbiq edilir.

-Limon suyu

Limon suyu kəpəkli saçlardan xilas olmaq üçün təsirli vasitədir. Bu tətbiq saçın pH səviyyəsini  tarazlaşdırır və baş dərisindəki göbələklərin  inkişafının qarşısını alır. Bunun üçün  saçlar limon şirəsi ilə masaj edilir, 20 dəqiqə  gözlədikdən sonra yuyulur. 

-Gicitkən otu

Gigcitkən otunu quru və ya təzə olaraq istifadə etmək olar. Bir çay qaşığı gicitkən otu 750 ml suda dörd dəqiqə qaynadılır. Süzüldükdən sonra əldə edilən su ilə saçlar isladılır. Yarım saat gözlədikdən sonra yuyulur və qurudulur. Bu üsulla həm  kəpək problemi  azalacaq, həm də saçlar parlaq olacaq.

-Probiotiklərin qəbulunu artırmaq

Probiotiklər immunitet sistemini gücləndirir və kəpəyin əmələ gəlməsini azaldır.

-Omeqa-3 qəbulunu artırmaq

Omeqa-3 yağ turşularının çatışmazlığı kəpəyə səbəb ola bilər.  Qızılbalıq, alabalıq və skumbriya kimi yağlı balıqlar omeqa-3 yağ turşularının əla mənbəyidir. Bu məhsulların  istifadəsini artırmaq kəpəyin azalmasına kömək  edir.

-A vitamini  baxımından  zəngin  qidaların  qəbulu

Tərkibində A vitamini olan yerkökü, ərik, qaraciyər, cəfəri, kartof və balıq kimi qidaların  qəbulu saçlarda kəpək problemini aradan  qaldırır. 

-Alma sirkəsi

Alma sirkəsi bakterisid xüsusiyyətə malik olduğu üçün kəpəyi azaldır. Bir xörək qaşığı  alma sirkəsi bir stəkan su  ilə qarışdırılır.  Əldə  edilən  tərkiblə saçlar ovuşdurulur və  20  dəqiqə  gözlədikdən  sonra  təmiz  su  ilə  yuyulur.



Әlaqәli Xәbәrlәr