İraqın Baş nazirinə sui-qəsd cəhdi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun sözügedən bu mövzuda “İraqın Baş nazirinə sui-qəsd cəhdi” yazısını təqdim edirik

1732588
İraqın Baş nazirinə sui-qəsd cəhdi

 

    İraqın Baş naziri Mustafa əl-Kazıminin evi silahlı pilotsuz uçan aparatlarla hücuma uğradı. Təhlükəsizlik qaynaqlarının etdiyi şərhə görə, Bağdadın mühafizə edilən yaşıl bölgəsində yerləşən ev 3 silahlı PUA ilə vurulub. Evə ağır ziyan dəysə də, Baş nazir Kazımi yaralanmadan xilas olub. Bu hücum İrana yaxın silahlı milislərin Baş naziri təhdid etməsindən dərhal sonra baş verib. Hər kəs ola biləcək vətəndaş müharibəsindən qorxuya düşmüş vəziyyətdədir.  

  İraqda seçkilərdən sonra siyasi xaos və sabitliksizlik artmağa başladı. Seçkilərdə məğlubiyyətə uğrayan İran dəstəkli şiə milislər hərbi qüvvələrini sanki meydanda istifadə etmək istəyir. Bunun hələlik son halqası İraqın Baş naziri Mustafa əl-Kaziminin evinin silahlı pilotsuz uçan aparatlarla hədəfə alınmasıdır.

  İraq təhlükəsizlik xidməti səlahiyyətliləri və silahlı qruplara yaxın qaynaqlar Baş nazirin evinə silahlı PUA-larla edilən hücumun İran dəstəkli silahlı bir qrup tərəfindən törədildiyini iddia edir. Adlarının açıqlanmaması şərtiylə beynəlxalq mətbuata sızan məlumata görə, hücumda istifadə edilən silahlı pilotsuz uçan aparatlar və partlayıcılar İran istehsalıdır.

  İraqın Baş naziri Kazımiyə qarşı hücuma beynəlxalq qurumlardan böyük reaksiya yüksəldi. Türkiyə də daxil olmaqla bir çox ölkə bu hadisəni qınadı. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 15 üzvü mətbuata verdikləri bəyanatda Mustafa Kazıminin evinin silahlı pilotsuz uçan aparatlarla hədəfə alınmasını kəskin şəkildə qınayaraq sui-qəsdi törədənlərin həbs və ədalətə təslim edilməli olduğunu bildirdilər. Ortaq bəyanatda bütün ölkələrin İraq hökuməti ilə əməkdaşlıq etməsinə çağırış edildi.

  ABŞ İraqdan addım-addım çəkilərkən meydana çıxan güc boşluğunu İran doldurmağa çalışır. İraqlı milliyyətçi qruplar başda Muktəda əl-Sədr hərəkatı olmaqla İranın zəbtinə mane olmağa çalışırlar. Seçkiləri Sədrin yaratdığı koalisiyanın qazanması və sünnilərin çox səslə boy göstərməsini İrana yaxın Haşdi Şaabi milisləri həzm edə bilmir, siyasətdə düşdükləri bu vəziyyəti kompensasiya etmək üçün silaha əl atırlar. Bağdad başda olmaqla bir çox bölgədə yerləşən bu qruplar ölkənin Baş naziri Mustafa əl-Kazımi və İraq Ordusunu təhdid edirlər. İraqda İranın da içinə girdiyi ciddi güc mübarizəsi yaşanır. Ölkədə tezliklə yeni siyasi iqtidar şəkillənməli və mərkəzi ordunun Haşdi Şabiyə bağlı milis qüvvələri tərk-silah edilməlidir. Əks halda, qarşıdurmalar daha da artaraq vətəndaş müharibəsinə çevrilə bilər. 



Әlaqәli Xәbәrlәr