Quru əncir ixracatında Türkiyənin birinci sırada olduğunu bilirsinizmi?

Əncir tarixdə yetişdirilən və toplanan ilk meyvə olaraq tanınır

1727910
Quru əncir ixracatında Türkiyənin birinci sırada olduğunu bilirsinizmi?

 

Dünya quru əncir ixracatında Türkiyənin birinci sırada olduğunu bilirsinizmi?

  Əncir tarixdə yetişdirilən və toplanan ilk meyvə olaraq tanınır. Bu, eramızdan 5000 il əvvələ söykənən Neolit dövrünə aid arxeloji qazıntılarda əncir qalıqları tapılması ilə sübut olub. 

  Ana vətəni Anadoludan Suriya və Fələstin, daha sonra Hindistan və Çinə yayılan əncir 1500-cü illərdə Amerikaya çatıb.

  Türkiyədə əncirin mühüm istehsal sahələri İzmir və Aydın rayonlarındadır.

  Aydın ənciri Avropa İttifaqı işarə qeydiyyatlı ilk Türkiyə məhsuludur.

  Qurudulmuş əncir tərkibindəki mineral və qida elementlərinə görə yeyinti məhsulları arasında xüsusi yer tutur. Təzə əncirdən daha çox lifli olan quru əncir buna görə həzm sağlığını qoruyur.

  Yüksək antioksidan mənbəyi olaraq xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını ala bilən qurudulmuş əncir qandakı yağ nisbətini də azaldaraq ürəyi qoruyur və bədənin dəmir ehtiyacını ödəyir.

  Quru əncirin tərkibində kalsium, kalium və maqnezium mineralları olduğu üçün sümük sağlamlığı üçün də əhəmiyyətli bir dəstəkdir.

  Həm təzə, həm qurudulmuş əncirdə döş xərçənginin qarşısını almağa yardımcı olan elementlər mövcuddur.

  Saysız-hesabsız faydaları olan əncir qurusunu il boyu və bütün fəsillərdə yemək mümkündür.



Әlaqәli Xәbәrlәr