"Qlaukoma" xəstəliyinin təbii yollarla müalicəsi

Xalq arasında göz təzyiqi olaraq bilinən “Qlaukoma” xəstəliyinin təbii yollarla müalicəsi

1724707
"Qlaukoma" xəstəliyinin təbii yollarla müalicəsi

Qlaukoma xəstəliyi ümumiyyətlə görmə sinirin funksiyasını itirməsi nəticəsində yaranır və ciddi xəstəlikdir. Buna göz daxilindəki mayenin rahat boşala bilməməsi səbəb olar. Yəni göz daxilində olan mayenin kənara atıla bilməməsi nəticəsində göz təzyiqi yüksəlir və beləcə görməni təmin edən sinir hüceyrələrinin inkişafı əngəllənir. Vaxtında lazımlı tədbirlər görülmədiyi halda insanın görməsində daralmalar başlayır. Görüş məsafəsinin daralması adətən ətrafdan mərkəzə doğru olmaqla inkişaf edir. Nəticədə proses bütün hüceyrələrin məhv olmasına qədər davam edər və bütün hüceyrələr öldükdən sonra insanda ömürlük total korluq halı baş verir. 

Göz təzyiqi hər kəs üçün risk olsa da 40 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Səssizcə görmə qabiliyyətinin azalmasına səbəb olan bu xəstəlik, biraz əvvəl də ifadə etdiyimiz üzrə vaxtında müalicə qəbul edilməzsə insanı qaranlığa məhkum edər.

İndi hazırsanızsa gəlin illər sonra özünü göstərən və kiçik əlamətlərlə yaranmağa başladığını xəbər verən bu göz xəstəliyinin təbii yollarla müalicəsi üçün məsləhət görülən tətbiqlərə qulaq asaq.

-Pomidor şirəsi ilə müalicə

Qlaukoma müalicəsində istifadə edilən ən əhəmiyyətli bitki mənşəli tətbiqlər arasında pomidor şirəsi iştirak edir. Otuz gün müddətlə tətbiq olunan bu bitki mənşəli müalicə üsulu göz təzyiqini aşağı salar. Hər gün nahar yeməyindən bir saat əvvəl içilməsi tövsiyə edilir. Pomidor şirəsi müalicəsi xüsusilə otuz beş yaşdan yuxarı insanlar üçün məsləhət görülür.

-Paxla

 Göz təzyiqindən əziyyət çəkənlərin həftədə ən azı bir dəfə paxla istehlak etməsi məsləhətdir. Müxtəlif üslularla hazırlanaraq istehlak edilə bilər.

-Yunan Lavandası

Bu bitki qaynadılaraq gündə bir fincan içilir.

-Əkin qaraçörəkotu

Əkin qaraçərəkotu hər gün səhər müntəzəm olaraq 1 çay qaşığı çeynənir.

-Yerkökü

Yerkökü gün ərzində çiğ və ya sıxılaraq şirəsi istehlak edilə bilir.

-İspanaq

Göz təzyiqi xəstəliyi olanların ispanaqdan müntəzəm istifadə etmələri tövsiyə olunur.

-Xanım tərəsi çayı

Xanım tərəsi çayı damarları rahatlaşdıran xüsusiyyətə malik olduğundan göz təzyiqi üçün təsirlidir. Müntəzəm olaraq istehlakı tövsiyə olunur.

-Adi kətan toxumu

Bir çay qaşığı kətan toxumu tozu bir kasa qatıq ilə qarışdırıb istehlak edilir.

-Karotenoidləri yüksək olan qidalar

 Bu qidalar həm antioksidan xüsusiyyətləri həm də A vitamini baxımından zəngin olmaları səbəbindən göz təzyiqini aşağı salarlar.

-Sarıkök çayı

Sarıkök çayı və ya sarıköklü qidalar qəbul etmək göz təzyiqi üçün faydalıdır.

-Soğan suyu və Razyana

 Razyana çayı və soğan suyu müntəzəm istifadə edilə bilər.

-Təzə meyvə və tərəvəz şirələri:

Təzə meyvə və tərəvəz şirələri, vitaminlər, minerallar və antioksidantlar baxımından zəngin olduqları göz təzyiqindən əziyyət çəkənlərə tövsiyə olunur.

-Qaragilə və gilas

 Bu iki meyvə qlaukoma ilə mübarizədə xeyli təsirlidir. Çünkü gilas və qaragilə gözlərə zərər verən sərbəst radikallara qarşı mübarizəyə kömək edər.

-Dəniz balığı və balıq yağı

 Dəniz balığı və balıq yağı göz təzyiqini balanslaşdıraraq təzyiqin azalmasına və ya yüksəlməsinə mane olar.

-Tərkibində maqnezium olan qidalar

Bu qidalar qan damarlarının divarlarını rahatlaşdırır və qanın axmasını asanlaşdırır. Balqabaq toxumu, ispanaq, badam, tahin, avokado, banan, nar, pomidor maqnezium baxımından zəngin qidalardır.

-İdman

 İdam göz təzyiqini aşağı saldığı üçün müntəzəm olaraq hər gün bir neçə dəqiqə yerimək və ya velosiped sürmək məsləhətdir.

-Stress

Yüksək stress göz təzyiqi xəstəliyini artırır. Bu səbəbdən stress seviyyəsi azaldılmalıdır.

-İstifadə edilməməsi lazım olan qidalar

 -Kafein gözlərə qan axınını azaldır. Şəkər isə gözlərin vaxtından əvvəl qocalmasına səbəb olur. Bu səbəbdən qlaukoma xəstəliyi olanların daha az istifadə etmələri tövsiyə olunur.



Әlaqәli Xәbәrlәr