Cənubi Qafqazda böyük sülh sazişi mümkündürmü?

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Cənubi Qafqazda böyük sülh sazişi mümkündürmü?” başlıqlı yazısı

1722593
Cənubi Qafqazda böyük sülh sazişi mümkündürmü?

Oktyabrın 19-da Cənubi Qafqaz regionuna səfər edən Avropa İttifaqının region üzrə nümayəndəsi Toivo Klaar çiçəklənən və barış içindəki Cənubi Qafqaz üçün bütün tərəfdaşlarla birlikdə çalışdıqlarını, sülh və sabitliyin davamlı xarakter alması və etimad mühitinin yaradılmasının Avropanın region siyasəti baxımından önəm kəsb etdiyini bəyan etmişdir. 

Məlumdur ki, Avropa İttifaqı ilə yanaşı Gürcüstan Baş Nazirinin də aktiv iştirakıyla Azərbaycan-Ermənistan arasında sərhədlərin demilitasiya və demarkasiyasının həyata keçirilməsi, böyük sülh müqaviləsinə hazırlıq məqsədiylə müxtəlif danışıqlar, təmaslar həyata keçirilməkdə, qarşılıqlı şəkildə düşmənçilik iqliminin yumşaldılmasına töhfə verəcək addımlar atılmaqdadır. Bakı sülh və əməkdaşlıqdan yana mövqeyini davam etdirərək 10 Noyabr sazişi imzalandıqdan sonra diversiya əməlləri həyata keçirmək üçün işğaldan azad edilən Qarabağ torpaqlarına sızıb Azərbaycan əsgərlərinə qaşı terror aktları həyata keçirirkən ələ keçirilən daha 5 Ermənistan əsgərini Yerevana təslim etdi.  Yaşanan sərhəd problemlərindən sonra fəaliyyətinə ara verilən Rusiya, Azərbaycan və Ermənistan hökümətlərinin birgə formalaşdırdığı İşçi Qrupu da 20 oktyabr tarixində Moskvada yenidən işinə başlamış, Zəngəzur dəhlizinin açılacağıyla bağlı Paşinyandan da müsbət mesajlar olmuşdur.

Bütün bu etimad artırıcı addımlar Ermənistan daxilindəki fərqli mərkəzlərə bağlı olan siyasi qüvvələrin yaratdığı əngəlləri, revanşizm meyillərini  aşaraq normallaşmadan yana qəti və həlledici addıma çevrilə biləcəkmi bunu zaman göstərəcək. Fəqət bütün qlobal və regional aktyorlar, Rusiyanın prosesdən gözləntiləri, Kremlin Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasında nə qədər maraqlı olacağı geniş coğrafiyaları əhatə edən Türkiyə–Rusiya münasibətlərinin hansı məcraya doğru axacağından da asılı olacağı kimi Azərbaycan-Ermənistan arasında qalıcı sülh mühitinin yaradılmasında maraqlı olub olmadığı sualına da veriləcək cavablar təsir edici mahiyyətdədir.

Azərbaycanın ərazi bütövlüyünü təmin edərək regionda çəkisini artırmasından, Zəngəzur dəhlizinin açılmasıyla Türk Dünyasının inteqrasiyasının daha da dərinləşməsindən narahat olan İranın da Bakıyla münasibətləri gərginləşdirərək Yerevanı cəsarətləndirici addımlar atması da regiondakı geosiyasi mübarizənin başqa bir çalarını təşkil etməkdədir. Bütün bu amillər və Ermənistan daxili faktorlar da diqqətə alındığında yer-yer fasilə verilən, çəkişməli,  heç də asan olmayan bir prosesin getdiyini  görmək mümkündür. Azərbaycan – Ermənistan arasında daimi sülhə nail olunması növbəti mərhələdə Türkiyə- Rusiya razılaşmasının ortaya çıxaracağı həll modeliylə  Cənubi Osetya və Abxaziya probleminin də  Gürcüstanın ərazi bütövlüyü çərçivəsində çözümünə gətirərək regionda yeni siyasi şərait yarada bilər. Ölkələrin ərazi bütövlükləri, separatizmə qarşı mübarizə və region ölkələrinin siyasətinə kənar müdaxilələrin minimuma endirilərək müstəqilliklərinin möhkəmləndirilməsi kontekstində Gürcüstanın qarşılaşdığı Cənubi Osetya və Abxaziya problemi ilə Azərbaycan-Ermənistan münaqişəsi bənzərliklər göstərsə də qlobal və regional güc mərkəzlərinin həyata keçirdiyi siyasət, güc balansı, Moskvanın məsələyə baxışı, hadisələrin dəyişən dinamikası baxımından xeyli fərqliliklər də mövcutdur. Lakin artıq dünyanın yeni bir nizamın astanasında olduğu, insanlığın iqlim böhranı, yoluxucu xəstəliklər kimi çox köklü problemlərlə baş-başa qaldığı, regional təhlükəszilik və əməkdaşlıqların müxtəlif kataklizm və böhranlardan qorunmaq üçün vacib olduğu da ortadadır.  Geosiyasi baxımdan taleyüklü proseslərin cəryan etdiyi Avrasiya coğrafiyasına kənar güclərin müdaxiləsi birbaşa Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstan  kimi bu arealın ənənəvi güclərinin siyasi-iqtisadi maraqlarına zərər vurmaqda, düşməçiliklər ticari əlaqlərin inkişafına mane olaraq əhalinin güzəranın aşağı düşməsinə, narazılıqların artmasına səbəb olmaqdadır. Üstəlik tarix boyu dillər, mədəniyyətlər, millətlər mozaikası kimi tanınan Qafqazda müxtəlif az saylı xalqlar harmoniya içində birlikdə yaşamanın gözəl nümunəsini ortaya qoymuş, Azərbaycan qədim Türk xoşgörüsünə dayanan  siyasətiylə bütün etnik kimliklərin rahatca özlərini ifadə etdiyi, musiqidən folklora mədəniyyətlərini yaşatdığı, fərqliliklərin zənginlik olaraq  görüldüyü bir ölkə  kimi tanınmışdır. Sayılarının az olmasına baxmayarq vaxtiylə Çarlıq və Sovet Rusiyasının apardığı siyasət sayəsində Cənubi Qafqazın əksər böyük şəhərlərində ticarətdən bürokratiyaya təsir imkanına sahib olan, Azərbaycanın milli imkanlarından faydalanan Ermənilər şovinist, antitürk mahiyyətdəki Erməni partiya və cəmiyyətlərinin həyata keçirdiyi düşmənçilik siyasəti nəticəsində təcrid vəziyyətinə düşmüş, əleyhlərində  etimadsızlıq elementləri güclənmişdir. Azərbaycan prezidenti İ. Əliyev dəfələrlə çıxışlarında çox deyil yüz il əvvəl  İrəvan, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarından Müsəlman Türk əhalinin köçə məcbur edilməsiyl  o torpaqlarda bir erməni dövləti   qurulması həqiqətinə baxmayaraq Bakının Ermənistanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu, lakin Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq ölkə daxilində artıq mövcud olmayan Dağlıq Qarabağ siyasi-inzibati vahidinə status adı altında Azərbaycanın daxili işlərinə qarışmağa son verməsinin vacib olduğunu ifadə etmişdir. Əksi halda Ermənistanı daha çətin günlər gözləyir. Regionda sülh və əməkdaşlığın hakim olması burada yaşayan bütün xalqların xeyrinədir.  



Әlaqәli Xәbәrlәr