Gaziantep paxlavasının Avropa İttifaqında coğrafi göstərici olaraq qeydə alındığını bilirsinizmi?

Paxlava Orta Asiyaya məxsus bir şirniyyat növüdür və Türklər tərəfindən Anadoluya gətirilən bir ləzzətdir.

1716356
Gaziantep paxlavasının Avropa İttifaqında coğrafi göstərici olaraq qeydə alındığını bilirsinizmi?
Gaziantep-baklava-2.jpg

Paxlava Orta Asiyaya məxsus bir şirniyyat növüdür və Türklər tərəfindən Anadoluya gətirilən bir ləzzətdir. Zaman ərzində Osmanlı saray mətbəxində növləri artırıldı və indiki formasına qovuşdu. Bu gün paxlava deyəndə ilk ağla gələn Gaziantep paklavasıdır. Türkiyənin Gaziantep şəhərində anadan olan və atadan oğula, ustadan şagirdə öyrədilərək bu günə gəlib çatan Gaziantep paxlavası ənənəvi Türk mətbəxinin ən əhəmiyyətli şiriniyyat növlərindən biridir.
Avropa Komissiyası 2013-cü ildə Gaziantep paxlavasının "qorunmuş mənşə adı" və "qorunmuş coğrafi göstərici" siyahılarına daxil edilməsini təsdiqlədi. Özünəməxsus istehsal üsulu, istifadə olunan material növü və keyfiyyəti ilə marka halına gələn Gaziantep paxlavası coğrafi göstərici olaraq qeydiyyata alınaraq Türkiyənin önəmli məhsullarından birinə çevrildi. Gaziantep paxlavasının bu qeydiyyatı, özünəməxsus xüsusiyyətlərini qorumaq və hər cür sui-istifadə və təqlidin qarşısını almaq üçün böyük əhəmiyyət kəsb edir. Türk mətbəxinin Avropa İttifaqında qeydiyyatdan keçmiş ilk məhsulu olan Gaziantep paxlavası indi yalnız Türk süfrələrinin deyil, həm də Avropa süfrələrinin də br ilə zənginliyidir.



Әlaqәli Xәbәrlәr