Türkiyənin Suriyada strateji səbir kasası daşdı

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) xarici siyasət üzrə eksperti Can Acunun “Türkiyənin Suriyada strateji səbr kasası daşdı” başlıqlı yazısı

1719634
Türkiyənin Suriyada strateji səbir kasası daşdı

Prezident Rəcəb Tayyib Ərdoğan son açıqlamasında Suriyada PKK/YPG-nin nəzarətində olan bölgələrdən edilən hücumlara "artıq səbrimiz qalmadı" deyərək, ya təsirli yerli qüvvələrlə birlikdə yaxud da təkbaşına PKK/YPG-yə qarşı yeni hərbi əməliyyatlar həyata keçiriləcəyini ortaya qoymuşdur. Bu açıqlamadan sonra diqqətlər yenidən Suriyaya yönəlsə də, Soçidə bir müddət əvvəl Ərdoğan və Putin arasında baş tutan zirvə görüşünü də həlledici hesab etmək olar.

Prezident Ərdoğanın "artıq səbrimiz qalmadı" ifadələri ilə birlikdə Türkiyənin Suriyada PKK/YPG-nin nəzarətində olan bəzi bölgələrdə geniş hərbi əməliyyatlar həyata keçirməsi gözlənilir. Əslində Türkiyənin uzun müddətdir "strateji səbirlə" hərəkət etdiyini söyləmək olar. ABŞ və Rusiya ilə əldə edilən razılaşmaların əksinə olaraq, PKK/YPG Türkiyə sərhədinə yaxın bölgələrdə fəaliyyətini davam etdirir. Yenə PKK/YPG terror təşkilatı Türkiyənin nəzarətində olan Afrin, Azez, Cerablus, Bab, Tel Abyad və Resul Ayn kimi bölgələrə sızaraq terror aktları həyata keçirilir, buralarda həm Türkiyə Silahlı Qüvvələrinə bağlı qrupları, həm də Suriya Milli Ordusuna bağlı qüvvələri hədəfə alır, bundan əlavə bu bölgələrdə sabitsizlik yarada bilmək üçün dinc vətəndaşları da hədəf alan bombalı hücumları həyata keçirir. Türkiyə Silahlı Qüvvələri və MİT (Türkiyə Milli Kəşfiyyat Təşkilatı) Türkiyədə və xüsusən də İraqın şimalında PKK-ya qarşı uğurlu əməliyyatlar həyata keçirərək bu təşkilata zərbələr endirsə də, PKK-nın Suriya qolu PYD/YPG, ABŞ və Rusiya çətiri altında Türkiyənin səbir kasasını daşıracaq şəkildə fəaliyyətini davam etdirir. Ancaq dövlət başçısı Ərdoğanın da birbaşa ifadə etdiyi kimi Türkiyə üçün Suriyada artıq sərhədlər aşılıb. Görünür, daha əvvəl həyata keçirilən "Fərat qalxanı", "Zeytun budağı" və "Sülh çeşməsi" əməliyyatlarında olduğu kimi yeni əhatəli əməliyyatlar dövrünün ərəfəsindəyik.

Burada xüsusilə keçən həftələrdə Soçidə keçirilən Ərdoğan-Putin zirvəsini də nəzərə almalıyıq. İki lider xüsusi görüş keçirərək Suriyanı müzakirə edən tərəflər itirdikləri məğlubiyyət spiralindən çıxmaq niyyətində olduqlarını bəyan etdilər. Qarşılıqlı olaraq mövcud mövqelərdə düzəlişlər və güzəştlər yolu ilə ortaq bir fikir əldə edilə bilər. Bunun yaxın gələcəkdə həm İdlib, həm də PKK/YPG-nin nəzarətində olan bölgələr üçün əhəmiyyətli nəticələri olacaq. Ancaq iki liderin müsbət yanaşmalarına baxmayaraq bir nəticə əldə edilə bilməsə, Rusiya və Rejim qüvvələri İdlibi hədəf alacaqsa, Türkiyə burada çəkindirici bir güc olaraq cavab verəcəyini, Türkiyənin isə PKK/YPG-yə qarşı hərbi əməliyyatlara başlayacağını Rusiya və Rejimin isə çəkindirici qüvvə ilə cavab verməyə çalışacağını nəzərdə tuta bilərik.



Әlaqәli Xәbәrlәr