Qaziantepdə 3 min il əvvələ aid bir heykəltəraşlıq atelyesinin olduğunu bilirsinizmi?

1890-cı ildə kəşf edilən ərazi abadlıq işlərindən sonra bu yaxınlarda Gaziantep Muzey Müdirliyi tərəfindən açıq hava muzeyinə çevrildi.

1716352
Qaziantepdə 3 min il əvvələ aid bir heykəltəraşlıq atelyesinin olduğunu bilirsinizmi?
Yesemek-müze-2.jpg

Türkiyənin Cənub -Şərqi Anadolu bölgəsində yerləşən Gaziantepdəki Yesemek açıq hava muzeyi və heykəl atelyesi təxminən üç min il əvvəl Hitit İmperiyası dövründə açılan Yaxın Şərqdəki ən böyük daş ocağı və heykəltəraşlıq atelyesi idi. 1890-cı ildə kəşf edilən ərazi abadlıq işlərindən sonra bu yaxınlarda Gaziantep Muzey Müdirliyi tərəfindən açıq hava muzeyinə çevrildi.
Yüzlərlə heykəl eskizinin ortaya çıxarıldığı və müəyyən bir ardıcıllıqla sərgiləndiyi Yesemek açıq hava muzeyində eskizlərin əksəriyyəti qapı aslanlarıdır. Sfinkslər, qapı aslanları, oturan aslanlar, qanadlı aslanlar, dağ ilahı qabartmaları, döyüş səhnəsi qabartmaları və memarlıq əsərləri tonlarla çəkidəki  518 heykə açıq hava muzeyində nümayiş olunur.
YUNESKO-nun müvəqqəti Dünya İrsi Siyahısına daxil olan və hər il dünyanın hər yerindən gələn ziyarətçiləri qəbul edən Yesemek açıq hava muzeyi və heykəl atelyesi pandemiyaya baxmayaraq 2021-ci ildə təxminən 15 min turist tərəfindən ziyarət edilmişdir.



Әlaqәli Xәbәrlәr