Baş ağrılarına qarşı təbii müalicə  vasitələri

Sağlamlıq problemi olaraq çox tez-tez rast gəlinən baş ağrıları insanların gündəlik həyatına öz təsirini göstərir.

1714179
Baş ağrılarına qarşı təbii müalicə  vasitələri

Sağlamlıq problemi olaraq çox tez-tez rast gəlinən baş ağrıları insanların gündəlik həyatına öz təsirini göstərir.

Növlərinə görə fərqli şəkildə büruzə verən baş ağrıları bir neçə saat, hətta bir neçə gün davam edə bilir.

Baş ağrılarına qarşı təbii vasitələrimiz isə bunlardır:

1. Lavanda  yağı:

İyləmək, diffuzora 2 damcı tökərək otağı havalandırmaq, kağız salfetin üzərinə damcılatmaqla istifadə edə bilərsiniz. 

2. Nanə yağı:

Tıbbdə istifadə olunan nanə yağı rahatladıcı təsiri nəticəsində yüksək qan təzyiqi və gərginliklə əlaqədar yaranan baş ağrılarında faydalı təbii müalicə üsulu olaraq istifadə olunur.

3. Reyhan yağı:

Reyhan yağı əzələləri rahatladan vasitə olaraq təsirlidir. Baş ağrılarına və zəif əzələlərə də musbət təsir gostərir.

4. Kətan toxumu:

Kətan toxumu da omega 3 baxımından zəngin olması ilə baş ağrılarına yüngülləşdirici təsir göstərir.

5. Türk qəhvəsi və çay:

Qəhva və çay da baş ağrısını yüngülləşdirmək üçün istifadə olunur.

Qəhvənin içərisindəki kafein baş ağrısını azalmağa qadirdir. Bir fıncan Türk qəhvəsi, yaxud çay içmək ağrının başlanğıcında çox təsirli ola bilir. Lakin qəhvəni həddindən artıq istifadə etməmək lazımdır.

6. Barmaqla akupunktur bölgələrə təsir göstərmək:

• Baş barmaqla işarət barmağı arasındakı sahəyə diğər əllə təzyiq göstərmək baş ağrısının dayanmasına səbəb ola bilir.

• Qaşlar arasındakı nöqtədəki akupunktur bölgəyə təzyiq etmək stress və yorğunluqdan yaranan baş ağrılarını yüngülləşdirir.

• Burun və göz yuvası arasındakı nöqtə burun çəpərinin və göz yuvasının üzərində qaşlarınızın altında yerləşir. Stress və ya soyuqdan qaynaqlanan baş ağrılarından xilas olmaq üçün işarət barmaqları vasitəsilə o bölgəyə təzyiq göstərə bilərsiniz.

7. İsti duş:

Əğər baş ağrısı qrip,  yaxud da sinusit ilə əlaqədardırsa duş zamanı ilıq hava burun yollarının açılmasına təsir göstərəcək.

8. Alın və gicgahlara  buz qoymaq:

Alın və gicgah bölgəsinə yaş dəsmal qoymaq və ya buz torbası ilə soyuq kompres qoymaq rahatlamağa səbəb olacaq. Alın və gicgah bölgəsinə soyuq komres qoyulduğu zaman baş ağrılarından qısa zamanda xilas olmaq olar. Təsirli olması üçün proses təkrarlanmalıdır.

9.  Susuz qalmamaq:

Baş ağrılarının səbəblərindən biri də susuzluqdur. Ona görə də baş ağrısı başlayan kimi su içmək lazımdır.

Baş ağrısı varsa suyu çox da soyuq içməməyə diqqət edilməlidir.

10. Baş arxasına,  boyun və çiyindən masaj:

Bu, baş ağrısını yüngülləşdirmək üçün tətbiq oluna bilər.

11. Nəfəs hərəkətləri:

Bəzən sadəcə düzgün nəfəs alıb vermək belə müalicəvi təsir gostərə bilər.  Dərin nəfəs alıb verməklə  orqanizmdəki gərginliyi azaldaraq baş ağrısını da qısa zamanda yüngülləşdirə bilərsiniz.

12. Qaranlıq və səssiz bir yerde dincəlmək:

Sərin, qaranlıq və səssiz bir yerdə ən az 30 dəqiqə dincələrək baş ağrısının yüngülləşməsinə nail ola bilərsiniz.

13. Alma sirkəsi:

1 stəkan qaynar suya 1 çay qaşığı alma sirkəsi əlavə  edilir. Yaxşıca qarışdırılır və içilir.

14. Limon suyu:

Bir stəkan isti suya yarım limon sıxılır və qarışdırıldıqdan sonra içilir. 

15. Mixək:

Açıq halda olan çayın içərisinə 9-10 ədəd mixək atılır və şəkər əlavə edilmədən içilir.

16. Bibəriyə çayı:

Miqren ağrıları üçün bir stəkan su qaynadılır, içərisinə bir çay qaşığı bibəriyə əlavə edilir. 9-10 dəqiqə zəif odun üzərində dəmlənir.

Dəmləndikdən sonra süzülüb yeməklərdən sonra içilir. Bu qarışıq gündə 2 dəfə 21 gün ərzində tətbiq edilir.

17. Yaşıl çay:

Yaşıl çay şiddətli baş ağrıları zamanı ən təsirli həll yollarından biridir. Baş ağrıları zamanı yaşıl çay içilməsi tövsiyə olunur.

18. Cökə:

Cökə çayı da şiddətli baş ağrıları zamanı içilməsi məsləhət görülən çaylardandır. 

19. Çobanyastığı çayı:

Çobanyastığı çayının sakitləşdirici xususiyyəti şiddətli bas ağrıları zamanı faydalı təsirə malikdir. 

Dr. Mehmet Uçar



Әlaqәli Xәbәrlәr