Bursada yüzlərlə il əvvəl qurulan bazarların hələ də xidmət göstərdiyini bilirsinizmi?

Osmanlı İmperatorluğunun ilk paytaxtı Bursada 14-cü əsrdə bir ticarət bölgəsi qurulmağa başlayır.

1710127
Bursada yüzlərlə il əvvəl qurulan bazarların hələ də xidmət göstərdiyini bilirsinizmi?
Bursa-2 Koza han.jpg

Osmanlı İmperatorluğunun ilk paytaxtı Bursada 14-cü əsrdə bir ticarət bölgəsi qurulmağa başlayır. 16-cı əsrə qədər şəhərdə çox sayda karvansaralar və bazar yerləri istifadəyə verilmişdir.
700 ildir Bursada "ticarətin mərkəzi" olaraq xarakterizə edilən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Tarixi bazar yeri və Karvansaralar bölgəsi şəhərin görülməli yerlərindən biridir. 30-a yaxın karvansara və bazar arasında ən məşhurlarından biri Bursa şəhərinin gözbəbəyi, dünyanın tanınmış sənət əsəri "Koza Xan"dır. Koza Xan binası dördbucaq şəkilli bir həyətin ətrafında iki mərtəbədən və 95 otaqdan ibarətdir. Tarixi İpək Yolu Ticarət Xəttinin Asiyadakı son dayanacağı olan Koza Xan, İpəkçilər bazar yeri olaraq da adlandırılır. Bursanın ipək və barama istehsalının mərkəzi olan "Koza Xan"ın həyətində, 1970-ci illərə qədər ticarətlə məşğul olanlar məhsullarını sərgiləyiblər və kəndlilər çuvallarla gətirdikləri baramalarını satmaq imkanı əldə ediblər. Hazırda bazar yuxarı mərtəbədə hər növ ipək məmulatlarının satıldığı mağazalar sayəsində ticarət sahəsində fəallığını mühafizə edir.



Әlaqәli Xәbәrlәr