Çin-ABŞ gərginliyinin yeni mərhələsi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın "Çin-ABŞ gərginliyinin yeni mərhələsi" yazısını təqdim edirik.

1709738
Çin-ABŞ gərginliyinin yeni mərhələsi

ABŞ, İngiltərə və Avstraliya arasında imzalanan yeni təhlükəsizlik müqaviləsi Çin-ABŞ gərginliyinin yeni mərhələsi hesab edilə bilər.

Yeni təhlükəsizlik müqaviləsi olan AUKUS hər şeydən əvvəl qlobal güc rəqabətinin hərbi cəbhəsinin necə formalaşacağına dair əhəmiyyətli bir ipucudur. Təbii ki, hərbi cəbhə mübarizənin yalnız bir hissəsidir. İqtisadi cəbhədə razılaşma axtarışı olsa da hərbi cəbhədə heç kim heç nəyi şansa buraxmaq istəmir. Bu səbəbdən Çinin ilk növbədə necə cavab verəcəyi çox vacibdir. Pekinin sakitləşdirməmi və yaxud da əks-balansmı yaradacağını proqnozlaşdırmaq hələ çətin olsa da, hər iki üsulu tətbiq edəcəyini deyə bilərik. Çünki bu anlayış həm də Çinin yüksəliş strategiyasının onurğasıdır: Hədə -qorxu gəlmədən, hürkütmədən və qarşıdurma olmadan etirazını bildirmək. Çinin AUKUS-a reaksiyası gözlənildiyi kimi oldu və bunu "məsuliyyətsiz" olaraq xarakterizə etdi.

Avstraliyanın nüvə sualtı qabiliyyəti əldə etməsi Çin üçün bir çox cəhətdən əhəmiyyətli və risklidir. Birincisi, ABŞ və İngiltərənin kəşfiyyat və hərbi gücünü Hind-Sakit okean bölgəsinə nəql edərək Pekinin hərəkət qabiliyyətinin məhdudlaşdırılması. İkincisi, Avstraliyanın hücum müdafiə qabiliyyətinin artırılaraq Çinə qarşı hərbi balansın möhkəm hala gətirilərək Çinin okean miqyaslı hərbi güc proyeksiyası təqdim etməsinin yavaşladılması. Üçüncüsü, strateji ölçülü çəkindiriciliyin AUKUS ilə yanaşı saxlanaraq, təcavüzkar bir Çin strategiyasının formalaşmasının qarşısını almaq. Dördüncüsü isə, Avstraliyanın nüvə gücünə çevrilmə ehtimalı. Bu, açıq şəkildə Çinin həm məhdudlaşdırılması/mühasirəyə alınması, həm də Yaponiya və Cənubi Koreya kimi regional güclərin mövcudluğu ilə birlikdə düşünüldüyü zaman hərtərəfli balanslaşdırma strategiyasına tabe olması mənasını daşıyır. Belə bir gərginlik mühitində Tayvan məsələsi də daha kritik bir yerdədir ki, bu vəziyyət Çin ilə AUKUS-u hərbi cəhətdən qarşı-qarşıya gətirə bilər.

Belə bir strategiya qarşısında təbii ki, Çinin bir çox seçimi var. Bunlardan ən əhəmiyyətliləri arasında əks-silahlanma nöqtəsində təcavüzkar bir siyasəti həyata keçirməsi, Şimali Koreya kimi sistemdən kənarda olan güclər vasitəsilə əks-silahlanma həmlələrini işə daxil etməsi və uzaq yerlərdə ABŞ-ın qoyduğu boşluqları doldurmaq üçün xarici ittifaq axtarışlarına sürət qazandırması yer alır. AUKUS müqaviləsinin imzalanmasından dərhal sonra İranın Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olaraq qəbul edilməsinin açıqlanması təsadüfi deyil, amma Vaşinqton üçün problemin Tehranı rahatlatdığı dəqiqdir.

Daha vacib bir alternativ isə ittifaqın ən zəif halqasını hədəf halına gətirmək; yəni Avstraliya. Əslində, Çin yubanmadan qeyri-rəsmi şəkildə Avstraliyaya "atacağın addımlarına diqqət et" mesajı göndərdi. Çin hökumətinin beynəlxalq mövzular barəsindəki fikirlərini bəyan edən "Global Times"də yer tutan baş məqalədə Avstraliyanın Çinə qarşı ortaya qoyulan ABŞ başçılığındakı strategiyada, xüsusən də hərbi cəhətdən təcavüzkar mövqe tutarsa, cavabsız qalmayacağı ifadəsi yer alıb.

Məqalənin ən diqqət cəlbedici hissəsində çox vacib bir sual verilib; Qlobal xaosa kim daha uzun dözə bilər? Çinmi, onlarmı? Görünür, ABŞ-Çin gərginliyi beynəlxalq sistemdəki güc rəqabətini yeni mərhələyə çıxaracaq. Beynəlxalq sistem dəyişir və güc dəyişikliyi baş verir. Əsl sual budur: Bu keçid böyük bir münaqişə ilə olacaq, yoxsa müharibəsiz? Tarix qanlı nümunələrlə doludur!



Әlaqәli Xәbәrlәr