İdlibdə son pərdə

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) xarici siyasət üzrə eksperti Can Acunun “İdlibdə son pərdə” başlıqlı yazısı

1706806
İdlibdə son pərdə

Əsəd rejiminə bağlı qüvvələr son günlərdə Rusiyanın hava dəstəyi ilə İdlib bölgəsini yenidən hədəf almağa başladılar. Təxminən dörd milyon dinc vətəndaşın yaşadığı və Suriya müxalifətinin əlində olan bölgənin hədəf alınması ciddi humanitar böhranın qapısını bir daha açdı. Türkiyə təhlükənin fərqində olaraq hərbi yolla çəkindirici addımlar atmağa çalışırken, beynəlxalq ictimaiyyətin susması Əsəd rejimini və müttəfiqlərini cəsarətləndirir.

Suriya sahəsindəki hərbi inkişaflar və qarşıdurmalar son aylarda nisbətən sakit bir istiqamətdə davam edərkən, Əsəd rejimi Rusiya hava qüvvələrinin dəstəyi ilə İdlibi yenidən hədəf almağa başladı. Liderlərin Soçidə keçirilən zirvəsi və Türkiyə ilə Rusiya arasında bölgəyə dair razılaşma ilə qarşıdurmalar geniş miqyasda sona çatdı. Ancaq son bir neçə həftə ərzində sürətlə artan hücumlara yenidən şahid olmağa başladıq. Rejimə bağlı qüvvələrin, xüsusilə M4 xəttinin cənubundakı Cebeli Zaviye bölgəsini qurudan, rusların isə havadan hədəf aldığı görülür. Əsas hərəkət istiqamətini araşdırdığımızda, Suriya müxalifətinin və Türkiyə ordusunun şimala çəkilməsini təmin edəcək bir şəkildə hərbi təzyiq qurmaq niyyətində olduqları görülür. Cebeli Zaviya bölgəsi İdlibin qalan bölgələrinə nisbətən topoqrafik olaraq çox yüksəkdir. Buna görə də strateji bir bölgədir. Rejim qüvvələri bu bölgədə məskunlaşaraq İdlibin şimalına uzanan xətlərdə atəş gücü əldə edərək addım-addım nəzarət qurmaq niyyətində görünür. Yenə də M4 logistika xəttində də tam bir hakimiyyət qurub, şərq-qərb istiqamətində Hələbdən Lazkiye-Tartusa tərəf gedən əsas yollara nəzarət etmək niyyətindədir.



Әlaqәli Xәbәrlәr