Türkiyənin terrorla mübarizəsi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) xarici siyasət üzrə eksperti Can Acunun sözügedən bu mövzuda “Türkiyənin terrorla mübarizəsi” yazısını təqdim edirik

1701790
Türkiyənin terrorla mübarizəsi

 

  Türkiyə içində terrorla mübarizəyə bütün sürətiylə davam edərkən Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı (MİT) bir çox ölkədə eyni zaman kəsiyində hərbi hərəkatlar və əməliyyatlara davam edir. Son günlərdə xüsusilə, Suriyada dalbadal nühüm əməliyyatlarla PKK terror təşkilatının Suriya ayağı PYD/YPG-yə ağır zərbələr vurulmaqdadır. PYD/YPG ABŞ-ın çətiri altında Suriyadakı varlığını davam etdirdikcə Türkiyə təşkilatı daha çox hədəfə alır.

  Xatırladaq ki, PKK terror təşkilatı Türkiyədə terror dəstəbaşı Abdullah Öcalan tərəfindən ötən əsrin 70-ci illərinin ortalarında qurulub. Sonra xüsusilə Suriyadakı həmfikirləri ilə ünsiyyətə keçib və burada təşkilatlanaraq böyüməyə başlayıb. Bəşər Əsəd hökuməti atasının dövründə Livanın Beka düşərgələrində təşkilat üzvlərini öyrədərək Türkiyəyə qarşı istifadə etməyə səy göstərdi. Ancaq Türkiyənin hərbi müdaxilə təhdidlərindən sonra geri addım ataraq Öcalan və digər təşkilat üzvlərini ölkədən çıxardı. Suriyaya inqilab havası gəlincə Əsəd hökuməti yenidən PKK-nı həm qiyamçılara, həm də Türkiyəyə qarşı istifadə etmək üçün hərəkətə keçdi, təşkilatın Suriya uzantıları olan PYD/YPG ilə əməkdaşlıq qurdu, bir çox bölgədən çəkilərək buraları onlara buraxdı.  

  Terror təşkilatı hakimiyyətin dəstəyi ilə Suriyanın şimalındakı bir çox bölgədə kök saldı, sonra da DEAŞ ilə mübarizə görüntüsü altında Amerika Birləşmiş Ştatlarına sığınaraq əllərini gücləndirdilər. Xüsusilə, 2014-cü ilin ortalarından terror təşkilatı PYD/YPG ABŞ-dan aldığı dəstəklə Suriyanın şimal-şərqində geniş sahələrin idarəsini ələ keçirdi, Rakka, Deyr əz-Zor kimi enerji qaynaqları üçün zəngin ərəb bölgələrində də ABŞ əsgərləriylə birlikdə nəzarət etməyə başladı. Əslində isə təməl məqsədləri əllərində tutduqları Afrin bölgəsi ilə Suriyanın şərqindəki rayonları da birləşdirərək irəliləmək və nəhayət, Şərqi Aralıq dənizinə qədər enərək dənizlə əlaqə quracaq şəkildə bir muxtar hakimiyyət modeli ilə kiçik bir dövlətcik qurmaq idi. Ancaq Türkiyə 15 İyul çevriliş cəhdindən sonra əvvəl “Fərat qalxanı”, ardından “Zeytun budağı” hərəkatları ilə bu planları boşa çıxartmağı bacardı. Daha sonra isə “Sülh çeşməsi” hərəkatı ilə Fəratın şərqindəki Tel-Abyad və Rasulaynı terror təşkilatından təmizləyərək "PKK dövləti" planını böyük ölçüdə məğlubiyyətə uğratmağı bacardı.

  Bu dövrdə Türkiyə ABŞ əsgərlərinin də çoxunu bölgədən çıxartdı, amma Rusiya və Suriya hökumət qüvvələri Fəratın şərqində müəyyən bölgələrdə qaldı.

  Bütün bu proseslərə baxmayaraq, terror təşkilatı PYD/YPG Fəratın qərbində Tel-Rıfat və  Münbic bölgələrində, Fəratın şərqində isə Ayn əl-Ərəbdən Malikiyə, cənuba doğru isə Rakka və Deyr əz-Zorun bir qismində hələ də varlığını davam etdirir.

  Türkiyə bir tərəfdən ABŞ və Rusiyaya təzyiq edərək terror təşkilatının fəaliyyətini azaltmağa çalışır, bir tərəfdən təmas xətlərində terrorçulara müdaxilə edir, bir tərəfdən də Milli Kəşfiyyat Təşkilatının təsirli əməliyyatları və SİHA hərəkatları ilə təşkilatın sözdə başçı heyətini zərərsizləşdirir.

  Terror təhkimində yaşamaq məcburiyyətində qalan kürd və ərəblərə dəstək verən Türkiyə onları terrorçulara qarşı qorumağa çalışır.  

  Türkiyə ölkə daxilində terror təşkilatın fəaliyyətini minimuma endirib, İraqda təsirli hərbi hərəkatlarla terrorçuları dar məngənəyə salıb. Sərhədləri yaxınlığındakı Suriya ərazisində isə ABŞ-ın qoruması altında təşkilat varlığını sürdürməkdədir. Türkiyə bu acı həqiqəti görür və Suriya ərazisinin də terror təşkilatları üçün etibarlı sahə olmadığını hər fürsətdə onlara göstərərək buradakıları da təsirli şəkildə hədəfə almağa davam edir.



Әlaqәli Xәbәrlәr