Türkiyənin olimpiada oyunlarına ilk dəfə nə vaxt qatıldığını bilirsinizmi?

1908-ci ildə bugünkü Türkiyə Milli Olimpiada Komitəsinin təməli olan Osmanlı Milli Olimpiada Cəmiyyəti qurulur və...

1697633
Türkiyənin olimpiada oyunlarına ilk dəfə nə vaxt qatıldığını bilirsinizmi?

 

  Türkiyənin olimpiada oyunlarına ilk dəfə 1908-ci ildə qatıldığını bilirsinizmi?

  1896-cı ildə başlayan müasir olimpiada oyunlarının 10-cu ildönümü münasibətilə 1906-cı ildə Yunanıstanın paytaxtı Afinada təşkil edilən Ara Olimpiadalarına idmançı göndərən Osmanlı dövlətinin ilk rəsmi iştirakı 2 il sonra olur.

  1908-ci ildə bugünkü Türkiyə Milli Olimpiada Komitəsinin təməli olan Osmanlı Milli Olimpiada Cəmiyyəti qurulur və həmin il Türkiyə rəsmi olaraq olimpiadalarda təmsiledilmə haqqı qazanır.

  Gimnast Aleko Mulos 1908-ci il olimpiadasında rəsmi olaraq Türkiyəni təmsil edən ilk idmançı olur.

  Türkiyənin olimpiada tarixinin ilk qızıl medalı 1936-cı ildə Berlində güləşçi Yaşar Erkan tərəfindən qazanılır.

  Türkiyə idmançıları 1936-cı ildən bəri iştirak etdikləri yay olimpiadalarının haradasa hamısında iştirak edib və müxtəlif nominasiyalar üzrə uğur qazanıblar.

  2021-ci ildə keçirilən Tokio 2020 Olimpiadası Türkiyə üçün 13 olmaqla ən çox medal qazanılan olimpiada olub.



Әlaqәli Xәbәrlәr