Talibanın yüksəlişi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) xarici siyasət üzrə eksperti Can Acunun sözügedən bu mövzuda “Talibanın yüksəlişi” yazısını təqdim edirik

1694684
Talibanın yüksəlişi

 

  20 illik işğaldan sonra Amerika əsgərləri Əfqanıstandan çəkildi. Taliban gözlənilməyən bir sürətlə bütün Əfqanıstanı ələ keçirməyə nail oldu. ABŞ-ın yüz milyardlarla dollar xərcləyərək təlim verib, təchiz etməyə çalışdığı Əfqanıstan ordusu haradasa döyüşmədən dağıldı. Paytaxt Kabildəki Hamid Karzai Havalimanında yaşanan görüntülər isə ABŞ-ın işğal tarixi və insanlıq adına utancvericiydi.

  11 Sentyabr hücumlarından dərhal sonra Əfqanıstanı işğal edərkən, 20 il boyu burada zor gücünə qalacağı və sonra yenidən ölkəni Talibana buraxmaq məcburiyyətində olacağını Amerika Birləşmiş Ştatları xəyalına belə gətirməmişdi. Prezident Co Baydenin də dediyi kimi, ABŞ bu müddət boyu minlərlə əsgəri ilə yanaşı, 3 trilyon dollar pul itirdi. Bitməyən, bitəcək kimi də görünməyən Əfqanıstandakı döyüşə Amerika ictimaiyyətindən də böyük reaksiyalar yüksələrkən sabiq prezident Donald Trampın vaxtında Qətərin paytaxtı Dohada Talibanla masaya oturularaq bir çəkilmə təqvimi təyin olundu, Bayden dövrü isə bu müddəti sürətləndirdi. Amma Amerikada heç kim ABŞ əsgərlərinin çəkilməsinə paralel Talibanın bir neçə həftə içində ölkəni ələ keçirə biləcəyini, ABŞ-ın təlim keçdiyi 300 minlik Əfqanıstan ordusunun haradasa döyüşmədən dağılacağını hesaba qatmamışdı.  Belə ki, ABŞ daha çəkilməsini tamamlayamadan Taliban qüvvələri digər böyük şəhərlərdən sonra paytaxt Kabili ələ keçirməyi bacardı. Minlərlə ABŞ vətəndaşı Kabildə sıxışıb qaldı, bundan başqa, Amerikanın daha əvvəl ölkədən çıxarmağa söz verdiyi on minlərlə tərcüməçi və digər sahələrdə ona çalışan əfqanıstanlılar ortada buraxıldı. Kabil hava limanında yaşanan hadisələr – təyyarə meydanlarının ortasındaca ABŞ təyyarələrinə minməyə çalışan, geri itələnən, təkərlərinə yapışan, havadan yerə düşən vətəndaşların görüntüsü Amerika Birləşmiş Ştatlarının içinə düşdüyü məğlubiyyəti bir daha göstərdi.

  İndi ABŞ Talibanla razılaşaraq vətəndaşlarını Əfqanıstandan çıxarmaq üçün yollar axtarır. Taliban isə zəfər qazanması ilə sinəsinə döyənə bənzəyir. Daha böyük və geniş mövqeyə sahib olduqları üçün əvvəlki radikal söz, ifadə və tətbiqlərini cilalayıblar. Ən azından belə bir görüntü yaratmağa çalışırlar.

  Qarşıda Talibanın atacağı addımlar onun əsl təyinedici simasını ortaya qoyacaq. Hələlik görünən budur ki, keçmişdən dərs almağa çalışan Taliban dünyadan təcrid olunmuş bir Əfqanıstan istəmir.    



Әlaqәli Xәbәrlәr