Türkiyənin ilk və yeganə Qadın əsərləri kitabxanasının İstanbulda olduğunu bilirsinizmi

1990-cı ildə istifadəyə verilən Qadın əsərləri kitabxanası və məlumat mərkəzi vəqfi Türkiyənin ilk və yeganə qadın mərkəzli arxiv və kitabxana xüsusiyyətini daşıyır.

1683758
Türkiyənin ilk və yeganə Qadın əsərləri kitabxanasının İstanbulda olduğunu bilirsinizmi
KADIN ESERLERİ KÜTÜPHANESİ 1.jpg

1990-cı ildə istifadəyə verilən Qadın əsərləri kitabxanası və məlumat mərkəzi vəqfi Türkiyənin ilk və yeganə qadın mərkəzli arxiv və kitabxana xüsusiyyətini daşıyır.

1990-cı ildə istifadəyə verilən mərkəz “Qadınların keçmişini yaxşı bilmək, bu məlumatları tədqiqatçılara kollektiv olaraq təqdim etmək və bugünün yazılı sənədlərini gələcək nəsillər üçün qorumaq” məqsədi ilə xidmət göstərir. Kitabxana arxivindəki kolleksiyalar Osmanlı dövründən bu günə qədər Türkiyədə qadınlara aid və ya onlarla əlaqəli əsər və sənədlərin yerləşdirilməsi baxımından əhəmiyyətli bir qurumdur. Mərkəzdə kitabxanaçılıq və arxiv işi ilə yanaşı konfrans, panel, seminar və beynəlxalq simpozium kimi bir çox tədbir təşkil olunur. Bu sayədə qadınlar tərəfindən istehsal olunan hər cür məlumat tədbirlər vasitəsilə təbliğ olunur.

İstanbulun Balat bölgəsində yerləşən kitabxana, bu bölgənin populyarlığı ardıqca yerli və xarici turistlərin diqqətini çəkir.



Әlaqәli Xәbәrlәr