Qırğızıstan prezidentinin bölgə ölkələrinə ziyarəti

Bu gün sizə Qırğızıstan prezidenti Sadır Caparovun Orta Asiya bölgəsindəki ölkələrə etdiyi səfərlərdən danışacağıq

1678043
Qırğızıstan prezidentinin bölgə ölkələrinə ziyarəti

 

  Prezident kimi ilk xarici səfərlərinə davam edən Qırğızıstan prezidenti Sadır Caparov 2021-ci ilin 27-29 iyun tarixlərində Türkmənistan və Tacikistana rəsmi səfər etdi, 2 iyulda isə xarici işlər naziri Ruslan Kazakbayevi Azərbaycana göndərdi.

  Türkmənistan prezidenti Qurbanquli Berdimuhamedov paytaxt Aşqabadda Qırğızıstan prezidenti Sadır Caparovu rəsmi mərasimlə qarşıladı. Dövlət başçılarının təkbətək görüşündən sonra heyətlərarası yığıncaq oldu. Tərəflər 100 milyon dollarlıq ortaq inkişaf fondu yaratma, Türkmənistan təbii qazı və elektrik enerjisinin Qırğızıstana payız-qış mövsümündə tədarükü, paytaxt Bişkekdə Türkmən Ticarət Evi və İsıkgöldə Türkmənistana aid otelin tikilməsilə bağlı razılığa gəldilər və iki ölkə arasında 14 müqavilə imzalandı. Səfər çərçivəsində Türkmənistan-Qırğızıstan İş Forumu da təşkil edildi.

  Qırğızıstan prezidenti Sadır Caparov iyunun 28-də Türkmənistandan  Tacikistana keçdi. Ölkə başçısı İmamali Rəhman paytaxt Düşənbədə həmkarını rəsmi mərasimlə qarşıladı. Sonra prezidentlər 6 saatı keçən təkbətək görüş keçirdilər. Davamında heyətlərarası yığıncaq edildi. Sonda 4 müqavilə imzalandı.

  2021-ci ilin 2 iyulunda Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycana səfər etdi və paytaxt Bakıda Azərbaycanın baş naziri, milli məclisinin sədri, xarici işlər naziri və digər yüksək səlahiyyətlilərlə görüşdü. Azərbaycan və Qırğızıstan xarici işlər nazirlərinin görüşündə müstəvidə ikitərəfli və regional məsələlər oldu. Görüşdən sonra hər iki ölkənin xarici işlər nazirliklərinin 2021-2022-ci illəri əhatə edən əməkdaşlıq proqramı imzalandı.

  Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev ölkəsinin başçısı Sadır Caparovun məktubunu Azərbaycan prezidenti İlham Əliyevə çatdırmaq üçün gəldiyini və məktubda ikitərəfli əlaqələri strateji səviyyəyə qaldırmaq, Mərkəzi Asya + Cənubi Qafqaz (5+3) Əməkdaşlıq Platformasını qurmaq təkliflərinin olduğunu bildirdi.

  Qırğızıstan prezidenti Sadır Caparovun xarici siyasətdə prioriteti olan bölgədəki eyni taleyi paylaşan qardaş və qonşu ölkələrə getməsi məsələsi təqdirə layiqdir. Qardaş ölkələrlə birlik və inteqrasiya təmin olunmadan inkişaf etmək, böyük güclərin təzyiqlərinə davam gətirmək çətindir.

  2021-ci ildə Orta Asiya respublikaları başçılarının qeyri-rəsmi zirvə toplantısının Türkmənistan və ya Qırğızıstanda edilməsi gözlənilir. Aşqabadda Caparov və Berdimuhamedov bu mövzuya da toxunublar.

  Orta Asiya liderləri anlayır ki, Əfqanıstandan gələ biləcək təhlükənin aradan qaldırılması və bölgədə barış və sabitliyin bərqərarı onların güclərini birləşdirməsi ilə mümkündür. Qırğızıstan prezidentinin sərhəddə qarşıdurma yaşanmasına baxmayaraq, Tacikistana səfər etməsi Əfqanıstanla bağlı təhlükəsizlik məsələlərini bölgə ölkələrinin birgə iştirakı ilə həllə qovuşdurma səyidir.

  Artıq Sadır Caparovun təklif etdiyi Mərkəzi Asiya + Cənubi Qafqaz (5+3) Əməkdaşlıq Platformasının həyata keçirilmə vaxtıdır. Çünki uzun illər ixtilaf mövzusu olan Xəzərin statusu məsələsi həllə qovuşub. Qafqaz və Orta Asiya liderləri öz aralarında görüşürlər. Daha Tanrı dağlarından Ağrı dağlarına qədərki ərazilərdə dövlətlərin güclərini birləşdirmələri lazımdır. Mərkəzi Asiya + Cənubi Qafqaz (5+3) Əməkdaşlıq Platforması həyata keçirilərsə, bu coğrafiyada mühüm işlər görülə bilər.



Әlaqәli Xәbәrlәr