Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qarşıdurması

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun xarici siyasət üzrə eksperti Can Acunun sözügedən bu mövzuda “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qarşıdurması” yazısını təqdim edirik

1676072
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qarşıdurması

 

  Neft İxrac Edən Ölkələr Birliyi (The Organization of the Petroleum Exporting Countries), yəni OPEC Plyusda dünyanın müəyyən neft istehsalçılarının neftin qiymətinin tənzimləyən görüşlərində Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yaşanan gərginlik öz aralarındakı gizli problemləri ortaya çıxarıb. İki ölkə arasında davam edən strateji ortaqlığa baxmayaraq, son zamanlar bir çox məsələdə fikir ayrılığı, hətta qarşıdurmalar yaşanaraq Körfəzdə daxili tarazlıqlarla bağlı mühüm sualları yaradır.

  OPEC+ üzvləri ilə Rusiyanın “Ad hoc” (latınca), yəni “niyyətə məxsus", bir problemə istiqamətli, müvəqqəti həll üçün yaratdığı qurum uzun müddətdir tarazlığı təşkil edərək neft qiymətlərinin müəyyən bir səviyyədə qalmasını təmin etməyə çalışırdı. ABŞ neft sahibkarları istehsalı artırdıqca OPEC+ üzvləri arasında bazar paylarını itirmə, qiymət sabitliyində bir haçalanma (ikiləşmə) müşahidə edilsə də, neft ölkələri bir şəkildə bu əməkdaşlığı davam etdirməyi bacarmışdılar. Ancaq yeni tənlikdə Birləşmiş Ərəb Əmirliklərinə tapşırılan istehsal kotasını artırma məsələsi Səudiyyə Ərəbistanını ciddi mənada əsəbiləşdirdi. Ölkənin neft naziri vərdiş etmədiyimiz Birləşmiş Ərəb Əmirliklərini hədəfə almağa başladı və qarşılıqlı təqsirləndrimələr davam etdi.

  Bir çox analizçi məsələnin yalnız OPEC+ istehsal kotaları deyil, iki ölkə arasında ciddi gərginlik olduğunu söyləyir. Fələstin, Qətər və Yəmən münasibətlərində də tərəflər ayrıldı.  

  Əslində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ABŞ-ın sabiq prezidenti Donald Tramp, İsrail və sionistlərin istiqamətləndirməsilə bir koalisiya yaratmışdı. Bölgəyə dair bütün strateji məsələlərdə koalisiya üzvləri birlikdə hərəkət edirdilər. Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərindən Məhəmməd ibn Zayid və onun təsiri altında olduğu deyilən Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salman da bu siyasətin əsas icraediciləri idilər. Ancaq İsrail və Birləşmiş Ərəb Əmirliklərinin mənfəətləri Səudiyyə Ərəbistanının qarşısında şəkillənərkən Krallıqda reaksiyalar get-gedə artdı, xüsusilə Fələstin və Yəmən məsələsində ciddi ayrılıqlar yaşanmağa başladı.

  Trampın iqtidardan getməsi, sonra Netanyahu hökumətinin uzaqlaşması ilə koalisiya dağıldı, səudiyyəlilərdə öz maraqları önə keçdi. Fələstin məsələsində “pro-İsrail mövqeyi”ndən imtina edildi, Qətərlə əlaqələrin normallaşması təmin olundu. Yəməndə Birləşmiş Ərəb Əmirlikləri Husilərə qarşı davam edən hərbi əməliyyatlardan geri çəkilincə isə Səudiyyə Ərəbistanı onu ayrılıqçı cənub cəbhəsini dəstəkləməkdə günahlandırdı, bütün bu proseslər Opec+ yığıncağından sonra da özünü göstərdi.

  Əlbəttə, iki ölkənin böyük bir qarşıdurma və mübarizə aparacaqları düşünülməməlidir. Ancaq Səudiyyə Ərəbistanı artıq öz maraqlarını mərkəzə alaraq hərəkət edir və bir çox məsələdə fərqli mövqe nümayiş etdirir. Məhəmməd ibn Səlmanın bu müddətdən çıxacağı gözlənilir, çünki qəbzin ona kəsiləcəyini bilir. 



Әlaqәli Xәbәrlәr