Hulusi Akarın Orta Asiya sǝfǝri

‘‘Avrasiya gündǝmi’’ proqramının bu günkü hissǝsindǝ Türkiyǝnin milli müdafiǝ naziri Hulusi Akarın Orta Asiya Cümhuriyyǝtlǝrinǝ etdiyi sǝfǝri qiymǝtlǝndirǝcǝyik.

1674610
Hulusi Akarın Orta Asiya sǝfǝri

 

‘‘Avrasiya gündǝmi’’ proqramının bu günkü hissǝsindǝ Türkiyǝnin milli müdafiǝ naziri Hulusi Akarın Orta Asiya Cümhuriyyǝtlǝrinǝ etdiyi sǝfǝri qiymǝtlǝndirǝcǝyik.

Türkiyǝnin milli müdafiǝ naziri Hulusi Akar 28 iyun-2 iyul tarixlǝri arasında Qırğızıstan vǝ Tacikistana rǝsmi sǝfǝr edib. Hulusi Akar ilk olaraq Qırğızıstana gedib. Hulusi Akar qırğızıstanlı hǝmkarı Taalaybek Omuraliyev tǝrǝfindǝn hǝrbi mǝrasimlǝ qarşılanıb. Milli müdafiǝ nazirlǝri keçirdiklǝri tǝkbǝtǝk görüşdǝn sonra heyǝtlǝr arasında baş tutan görüşlǝrǝ sǝdrlik ediblǝr. Türkiyǝnin milli müdafiǝ naziri Qırğızıstan prezidenti Sadır Cabarov tǝrǝfindǝn dǝ qǝbul edilib. Görüşdǝ ikitǝrǝfli münasibǝtlǝri maraqlandıran mövzular vǝ regional mǝsǝlǝlǝr müzakirǝ olunub. Yeri gǝlmişkǝn qeyd edǝk ki, iki ölkǝ arasındaki münasibǝtlǝr 1990-cı ilin ǝvvǝlindǝn etibarǝn davam edir. Hulusi Akar paytaxt Bişkekdǝ Atabeyit abidǝsini vǝ Çingiz Aytmatovun ev muzeyini ziyarǝt edib. Akar muzeydǝki xüsusi dǝftǝrǝ ürǝk sözlǝrini yazıb.

Türkiyǝnin milli müdafiǝ naziri iyunun 30-da Tacikistana sǝfǝr edib. Hulusi Akar Düşǝnbǝ şǝhǝrindǝ hǝmkarı Şerali Mirzo tǝrǝfindǝn rǝsmi mǝrasimlǝ qarşılanıb. Nazirlǝr baş tutan tǝkbǝtǝk görüşdǝn sonra heyǝtlǝr arasındaki görüşlǝrǝ sǝdrlik ediblǝr. Hulusi Akar sǝfǝr çǝrçivǝsindǝ Tacikistan prezidenti İmamali Rǝhman tǝrǝfindǝn dǝ qǝbul edilib.

Hulusi Akar Qırğızıstan vǝ Tacikistana etdiyi rǝsmi sǝfǝrlǝrlǝ bağlı mǝtbuat nümayǝndǝlǝrinǝ  verdiyi bǝyanatda  qırğızıstanlı  vǝ tacikistanlı  hǝmkarlarını Türkiyǝdǝ keçirilǝcǝk Müdafiǝ Sǝnayesi Forumuna dǝvǝt etdiyini  vǝ onların bu çǝrçivǝdǝ Türkiyǝyǝ gǝlǝcǝklǝrini deyib. Qırğızıstan vǝ Tacikistan ordusu Türkiyǝnin istehsal etdiyi müdafiǝ sǝnayesi mǝhsullarına böyük maraq göstǝrir.

Akar hǝmçinin tǝlim, tǝcrübǝ mübadilǝsi vǝ  birgǝ tǝlim keçirmǝk mǝsǝlǝsindǝ razılıq ǝldǝ etdiklǝrini deyib. Hərbi təlim, məlumat və kəşfiyyat mübadiləsi, müdafiə sənayesində əməkdaşlığın intensivləşdirilməsi, yeni nəsil silah təchizatı və kiber təhlükəsizlik kimi sahələrdə əməkdaşlıq ǝhǝmiyyǝt kǝsb edir. Bu sǝbǝbdǝn  də bu sahədə əməkdaşlığın davam etdirilmǝsi  bütün tərəflərin faydasına olacaq. Türkiyənin Orta Asiya Cümhuriyyǝtlǝri ilǝ hərbi-texniki əlaqələri də yüksǝk səviyyədədir. Bu münasibətləri strateji səviyyəyə çıxarmağın vaxtı gǝlib.

Əfqanıstan - Orta Asiya Cümhuriyyǝtlǝri  sərhədində baş verən son hadisələr Əfqanıstandakı  təhlükəsizlik vəziyyətinin yaxşı olmadığının göstǝricisidir. Əfqanıstanda sabitlik tǝmin olunmadan  Orta Asiyanın inkişaf etmǝsi  mümkün deyil. Türkiyə  regional təhlükəsizliyin təmin edilməsində Orta Asiya Cümhuriyyǝtlǝrinin  ən böyük tǝrǝfdaşı  ola bilər. Türkiyənin Əfqanıstanın təhlükəsizliyinin təmin edilmǝsi mǝsǝlǝsindǝki sǝylǝri  Orta Asiya Cümhuriyyǝtlǝri üçün  də ǝhǝmiyyǝtlidir.

Türkiyǝnin Milli Müdafiǝ naziri Hulusi Akar keçǝn il Qazaxıstan vǝ Özbǝkistana sǝfǝr etmişdi. Hǝyata keçirilǝn son sǝfǝrlǝr Türkiyǝnin Orta Asiya ölkǝlǝri ilǝ müdafiǝ sahǝsindǝki münasibǝtlǝrini yeni bir sǝviyyǝyǝ çatdıracaq. Türk Şurası daxilindǝ Müdafiǝ Şurasının yaradılması faydalı olardı.



Әlaqәli Xәbәrlәr