Diyarbəkir şəhər divarlarının təxminən yeddi min illik tarixə malik olduğunu bilirsinizmi?

Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində yerləşən Diyarbəkır müasir üzü ilə yanaşı tarixə şahidlik edən şəhər divarları ilə məşhur bir şəhərdir.

1669099
Diyarbəkir şəhər divarlarının təxminən yeddi min illik tarixə malik olduğunu bilirsinizmi?
Diyarbakır-sur-2

Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində yerləşən Diyarbəkır müasir üzü ilə yanaşı tarixə şahidlik edən şəhər divarları ilə məşhur bir şəhərdir.

Eradan əvvəl 3 və 4-cü min illər arasında inşa edildiyi və dünyanın ən qədim mədəniyyətlərinə şahidlik edən Diyarbəkir divarları dünyanın ən möhkəm divarları arasındadır. Diyarbəkir şəhər divarlarının ətrafı təqribən 5200 metrdir. Müdafiə üçün tikilən qala və istehkam divarlarının hündürlüyü möhtəşəm bir görüntü yaradır. Bürclərin və qala divarlarının hündürlüyü 8 ilə 22 metr arasında dəyişir. Qala divarları və bürclərdəki relyeflər çox təsiredici və nəhəng bir görünüşə malikdir.
Diyarbəkir divarlarının 4 əsas giriş qapısı var. Tarixi mənbələrə görə, bu dörd qapı Mesopotamiyanın ən vacib ticarət yolu olaraq qəbul edilən Diyarbəkirdə giriş-çıxışlara üçün inşa edilmişdir. 19-cu əsrə qədər divarların qapıları günəşin doğuşu ilə açılıb, günəşin batması ilə bağlanır və bundan sonra şəhərə giriş və çıxış mümkün olmurdu.
Tarixin çox vacib dövrlərinə şahidlik edərək zəmanəmizə qədər gəlmiş Diyarbəkir divarlarının 2015-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına salınmasına qərar verilmişdir.



Әlaqәli Xәbәrlәr