PKK-nın Peşmərgəyə basqını nə anlama gəlir?

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) eksperti Can Acunun yazısını təqdim edirik

1656783
PKK-nın Peşmərgəyə basqını nə anlama gəlir?

 

  Türkiyənin İraqın şimalında terrorla mübarizəsini artırdığı bir dövrdə PKK İraq Kürd Regional İdarəçiliyi (İKBY) hərbi qüvvələri olan Peşmərgəni hədəfə almağa başladı. Son terror hücumlarında neçə peşmərgəli həyatını itirdi, nə qədəri yaralandı. İndi İraq Kürd Regional İdarəçiliyi terror təşkilatı PKK-ya qarşı böyük bir qəzəb içindədir.

  Mövziya keçməzdən əvvəl xatırladaq ki, Peşmərgə (kürd dilində Pêşmerge) kürd silahlısına verilən ümumi addır. Kürd dilində “peş” arxasından, “merg” isə ölüm deməkdir. Sözün kürd dilində tərcüməsi "ölümün arxasından gedən" anlamını verir. Bununla peşmərgələrin ölümdən qorxmadıqları fikri ifadə olunur.

  Peşmərgə əsgərləri ilk dəfə 1920-ci ildə İraqın şimalında Kürdüstan dövlətini yaratmaq məqsədi ilə döyüşmüşlər. Sonrakı illərdə peşmərgələrin fəaliyyəti zəiflədi və zamanla tarix səhifəsindən çıxdı. 2005-ci ildə ABŞ İraqın şimalında təhlükəsizliyi təmin etmək üçün peşmərgələrin fəaliyyətini yenidən bərpa etdi. Sayları təxminən 300 min nəfərdir.

  Bəli, axır zamanlar İraqın şimalında yerləşən İraq Kürd Regional İdarəçiliyinin hərbi qüvvəsi olan Peşmərgə ilə terror təşkilatı PKK arasında artan gərginlik getdikcə qarşıdurmalara çevrilir. PKK-nın Duhokun Amedi bölgəsində Peşmergəyə bağlı Zəravani qüvvələrinə qarşı hücumları artır.

  Son terror hücumları nəticəsində ağır itkilərin olması bütün İraq Kürd Regional İdarəçiliyində hamının qəzəbini artırıb, PKK isə bu işdə məsuliyyət daşımadıqlarını bildirir. Belə ki, PKK   Metinada onların sahələrinə girməyə çalışan Peşmərgə qüvvələrinə xəbərdarlıq etdiklərini, amma hücuma keçmədiklərini iddia edir. Ancaq bütün əlamətlər açıq bir şəkildə PKK-nın Peşmərgə qüvvələrini hədəfə aldığını göstərir. İraq Kürd Regional İdarəçiliyinin baş naziri Bərzani də sərt şəkildə PKK-nı qınayıb.

  İndi gəlin, bir az geriyə dönüb baxaq ki, bu ziqzaqvari addımlar necə gəlib. Türkiyənin İraqın şimalında PKK-ya qarşı artan əməliyyatları və PKK-nı sərhəd xəttindən geriyə itələyərək irəliləməsi, Haftanin, Avaşin-Basyan, Metina kimi bölgələrdə sahə hakimiyyəti yaradaraq yerləşməsi, bu müddət boyu Peşmergenin də Türkiyə Silahlı Qüvvələrinə müəyyən bucaqlardan dəstək olması PKK-nı çox çətin vəziyyətdə qoymuşdu. Terror təşkilatı ağır itkilər verməklə yanaşı, nəzarət etdiyi bölgələrdə də bölünməyə, məntəqələrini itirməyə başlamışdı. Bu baxımdan PKK açıq bir şəkildə Peşmərgəni hədəfə alaraq bölgədəki varlığını qorumağa keçdi.  

  Nəhayət, terror təşkilatı PKK bölgədəki xaosdan faydalanaraq bir çox sahəni “defacto” idarə altına aldı və İraq Kürd Regional İdarəçiliyinin nüfuzunu da tanımayaraq hərəkətə davam etdi. Yalnız 700 deyil, çox kənd PKK-nın idarəsi altına keçdi. Bu, İraq Kürd Regional İdarəçiliyinin, xüsusilə də KDP - Kürdüstan Demokratik Partiyası mövqelərinin həzm edə bilmədiyi bir vəziyyət idi. Ancaq Türkiyə Silahlı Qüvvələrinin bölgədə güclü bir şəkildə PKK-nı hədəfə alması KDP-yə də bir fürsət verdi və az-az da olsa, PKK-ya qarşı hərəkətə keçdilər. Peşmərgə - PKK mübarizəsinin artdığı belə bir şəraitdə Türkiyənin terrorizmlə mübarizəsinə dəstək vəziyyətinin yarandığı görünür.  



Әlaqәli Xәbәrlәr