Türkiyə və Polşa arasında “Bayraktar TB-2” nüansları

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru Murat Yeşiltaşın “Türkiyə və Polşa arasında “Bayraktar TB-2” nüansları” məqaləsini təqdim edirik

1651244
Türkiyə və Polşa arasında “Bayraktar TB-2” nüansları

 

  Türkiyə ilə Polşa arasında 24 ədəd “Bayraktar TB-2” silahlı pilotsuz uçan aparat – SİHA-nın satışına dair bağlanılan müqavilə diqqətləri yenidən Türkiyəyə çəkdi. Bundan əvvəl Qətər, Liviya, Ukrayna və Azərbaycana satışı reallaşdırılan “Bayraktar TB-2” SİHA-ları bu müqavilə ilə ilk dəfə bir NATO və Avropa İttifaqı üzvü olan ölkəyə ixrac ediləcək. Türkiyənin silahsız (İHA) və silahlı PUA-larına (SİHA) beynəlxalq marağın get-gedə artması və Polşanın da bu platformanı seçməsinin bəzi nüansları var.

  Türkiyə müdafiə sənayesi məhsullarının həqiqi müharibə mühitində təsirli istifadəsi və uğurlu nəticələr qazanması beynəlxalq bazarda yüksək rəqabət gücü olan silah sistemlərinə əl gəzdirməyi tələb etdi. Bu baxımdan Türkiyə silahsız və silahlı pilotsuz uçan aparatları maraq dairəsinə düşdü. Suriya, Liviya və son olaraq Azərbaycanda - Dağlıq Qarabağ kimi fərqli qarşıdurma bölgələrində “Bayraktar TB-2” sistemlərinin göstərdiyi üstün müvəffəqiyyət beynəlxalq aləmin diqqətini çəkdi. Üstün qabiliyyətlərə malik olduğu düşünülən Rusiya hava müdafiə sistemlərinin “Bayraktar TB-2” qarşısında aciz qalması silahlı qüvvələr doktrinaları məzmununda yeni müzakirələrin ortaya çıxmasına səbəb oldu.

  Türkiyənin silahsız və silahlı pilotsuz uçan aparatları bu platformaların yalnız müşahidə və kəşfiyyat deyil, hava-mərmi müdafiə sistemlərinin gücünü azaltmaq və ya düşmənin zirehli hərbi birliklərinin zərərsizləşdirilməsi kimi vəzifələrdə də uğurlu olduğunu göstərdi.  

  Türkiyənin müdafiə sənayesi məhsullarını beynəlxalq silah bazarında rəqabətçi edən başqa mühüm xüsusiyyət isə uyğun maliyyə xərcləri ilə bağlıdır. NATO üzvləri arasında Amerika istehsalı olan silahsız və silahlı pilotsuz uçan aparat sistemləri böyük üstünlük təşkil etsə də, bu platformalar ABŞ-ın öz istifadəsi üçün belə bahalıdır. Digər tərəfdən Amerika qanunları bu cür platformaların ixracına ciddi yoxlama və maneə yaratdığı üçün alıcı ölkələri daşındırır. Buna qarşı Türkiyənin silahsız və silahlı pilotsuz uçan aparatları daha uyğun qiymət və elastik alış imkanları təqdim edir.

  Türkiyə ilə Polşa arasında varılan razılaşma sadəcə bir silah satışı deyil, bəzi geosiyasi nəticələr çıxarma xüsusiyyəti daşıyır. Əvvəla Polşanın bir NATO üzvü olması, müqavilənin Türkiyə-NATO əlaqələrini inkişaf etdirməklə yanaşı ittifaq içindəki əməkdaşlıq ruhunu da artıran bir təsir yaradır.  

  Həm də, Polşanın da Ukrayna kimi ən böyük təhdid hesab etdiyi Rusiya yanında bu alış-verişi silah satışını mənalı edən bir dayaq olur. “Bayraktar TB-2”nin Ukraynadan sonra Polşaya satışı isə Rusiyanın siyasətlərinə qarşı konkret bir əks-hücum xarakteri daşıyır. Bu mənada Türkiyə ilə müttəfiq ölkələrin istər artması, istərsə əlaqələrin inkişaf etdirilməsi qonşu Rusiyanın hərəkət meydanını əslində bir qədər daraldır. Rusiya bu mövzuda Türkiyəyə qarşı nə qədər tənqidi mövqedə olsa da, rəsmi Ankara bu hərəkətin üzərindən təmkinlə keçir.  



Әlaqәli Xәbәrlәr