Türkiyənin terrorla mücadiləsi

“Türkiyənin terrorla mücadiləsi” mövzusunda SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) eksperti Can Acunun yazısını təqdim edirik

1647062
Türkiyənin terrorla mücadiləsi

 

  Türkiyənin İraqın şimalında PKK terror təşkilatının qərargah bölgələrinə qarşı başladığı “Pəncə”, “Şimşək” və “İldırım” əməliyyatları davam edir. Bu zamana qədər 150-yə yaxın terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin yay ayları boyu əməliyyatları genişləndirməsi gözlənilir. Türkiyə bir tərəfdən görünən terrorçuları hədəfə alır, digər tərəfdən Milli Kəşfiyyat Təşkilatı (MİT) uğurlu əməliyyatları ilə separatçıların sözdə “başçı” heyətini təmizləyir.

  Türkiyə müdafiə doktrinası baxımından terrorla mübarizə apararkən bir müddət müdafiə vəziyyətində qalsa da, sonra ciddi şəkildə ölkənin sərhədlərini də keçərək PKK-nın İraq və Suriyadakı qollarını hədəfə aldı. Yenə həm ölkə içində, xüsusilə dağlıq ərazilərdə təşkilata tam zərbələr vurur, həm də qarşı tərəfin bütün qərargah bölgələrinə bərabər zamanlı hərəkatlar təşkil edir. Elə buna görə də terror təşkilatı Türkiyənin daxilində az qala hərəkət qabiliyyətini itirmiş vəziyyətdədir. Çöllərdəki təşkilat üzvü sayı 250-yə qədər azalıb. Bu, terrorla mübarizədə tarixi müvəffəqiyyət deməkdir. Ölkənin daxili işlər naziri Süleyman Soylunun sözlərilə desək, PKK-ya Türkiyədən iştirak haradasa sıfırlanmış kimidir; zərərsizləşdirilən hər bir terrorçunun yerinin boşaldığı və əvəzinə yeni üzvlərin girə bilməməsidir.

  Türkiyə bir tərəfdən uzlaşmalı metodlarla İraq və Suriyadakı terror təşkilatı PKK-nı hədəfə alır, digər tərəfdən ölkənin Milli Kəşfiyyat Təşkilatı insan və texniki resurslarından istifadə edərək PKK-nın sözdə başçı və komandirlərinin izinə düşür. İndiyə qədər inkişaf etdirilən bu yeni anlayışla onlarla terrorçu və dəstəbaşıları zərərsizləşdirilib. Hələlik son olan PKK-nın Suriya qolu üzrə məsul adam, terrorçu Sufi Nurəddindir. Yenə Dohokda Qara stansiyasına yaxın bir yerdə 4 PKK-li sahədən kəşfiyyat və havadan silahlı uçan pilotsuz aparatlarla (SİHA) zərərsizləşdirilib. Təşkilatın təlimat idarə qurumu artıq çökdürülmüş vəziyyətdədir. Mənəvi motivasiya baxımından terrorçu başlarının vurulması böyük əhəmiyyət daşıyır.

  Türkiyə PKK terroruyla mübarizədə tarixində heç olmadığı qədər müvəffəqiyyətli bir mərhələyə gəlib-çatıb. İstər siyasi iradə və qətiyyət, istərsə Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının imkan və qabiliyyətlərinin birlikdə hərəkət etməsi Türkiyənin uğurlu müdafiə sənayesi və onun ixracat həcminə də təsir edir. Son olaraq bir NATO və Aİ üzvü olan Polşaya 400 milyon dollar dəyərində TB2 ixracatı üçün müqavilə imzalandı. Bütün bu müvəffəqiyyətin arxasında Türkiyənin inkişaf etdirdiyi hərbi sistemlərin aktiv döyüş sahəsində davamlı test edilməsi də durur.



Әlaqәli Xәbәrlәr