Çin ilә Mәrkәzi Asiya ölkәlәri arasındakı münasibәtlәr

Proqramımızın bu günkü hissəsində Çin ilə Mərkəzi Asiya ölkələri arasındakı münasibətləri qiymətləndirəcəyik.

1641444
Çin ilә Mәrkәzi Asiya ölkәlәri arasındakı münasibәtlәr

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Mәrkәzi Asiya ölkәlәri  ilә Çin arasındakı münasibәtlәri qiymәtlәndirәcәyik.

2021-ci ilin 12 may tarixindә Çinin Xian şәhәrindә II Çin-Mәrkәzi Asiya ölkәlәrinin xarici işlәr nazirlәrinin iclası keçirilib. İclasa Çin,Qazaxıstan, Qırğızıstan, Özbәkistan, Tacikistan vә Türkmәnistanın xarici işlәr nazirlәri qatılıblar. İclasda ikitәrәfli münasibәtlәr, Bir Yol, Bir Qurşaq layihәsi, ‘‘COVİD-19’’ pandemiyası ilә mübarizә, Әfqanıstandakı vәziyyәt vә regional tәhlükәsizlik mәsәlәlәri müzakirә olunub. İclasda Çin ilә Mәrkәzi Asiya ölkәlәri arasındakı münasibәtlәr baxımından әhәmiyyәt kәsb edәn 12 bölgә müәyyәnlәşdirilib. İclas çәrçivәsindә ikitәrәfli görüşlәr dә keçirilib.

Xarici işlәr nazirlәri iclasda ‘‘COVİD-19’’ pandemiyası ilә birgә mübarizә, әnәnәvi tibbi mәrkәzlәrin sayının  Mәrkәzi Asiya Cümhuriyyәtlәrindә artırılması, internet vasitәsilә sәhiyyә xidmәtinin verilmәsi mәsәlәsindә әmәkdaşlığın güclәndirilmәsi ilә bağlı qәrar qәbul ediblәr. Bunu da vurğulamalıyıq ki, Çin vә Özbәkistan birgә peyvәnd hazırlayırlar.

İclasda Pekin rәhbәrliyi ‘‘yaşıl dәhliz’’ layihəsinin həyata keçirilməsini  tәklif edib. Bu tәklif gömrük vә vergi maneәlәrin qarşısının alınması baxımından әhәmiyyәt kәsb edir. Pandemiya dövründә Çin mәhsullarının Qәrbә çatdırılmasında Mәrkәzi Asiyadan keçәn dәmir yolu әhәmiyyәli rol oynayıb. 2020-ci ildə Çin ilә Mәrkәzi Asiya arasındakı dәmir yolundan daşınan yük  2019-cu il ilә müqayisәdә 56 faiz artıb. Çin Qazaxıstan üzәrindәn çәkdiyi  dәmir yolu xәttini  şaxәlәndirmәk, Qırğızıstan vә Özbәkistan üzәrindәn yeni bir dәmir yolu xәtti çәkmәk niyyәtindәdir.

İclasdan sonra  Regional Әmәkdaşlığın Dәrinlәşdirilmәsi vә Pandemiya ilә Birgә Mübarizә mәsәlәlәrindә birgә bәyanatlar yayımlanıb, hәmçinin Mәrkәzi Asiya ölkәlәri ilә Çinin xarici işlәr nazirlәrinin iclası ilә bağlı formatın yaradılmasına dair anlaşma memorandumu imzalanıb.

Türkistan Cümhuriyyәtlәri ‘‘Mәrkәzi Asiya-Çin Xarici İşlәr Nazirlәri’’ İclasına bәnzәr formatda Yaponiya, Cәnubi Koreya, Aİ,ABŞ, Hindistan vә Rusiya ilә iclas keçirir. Bu format  Türküstan Cümhuriyyәtlәrinin birgә hәrәkәt etmәsi, öz aralarındakı münasibәtlәri inkişaf etdirmәsi vә regional sәviyyәdә maraqlarını böyük dövlәtlәrlә daha asan hәll edә bilmәsi baxımından sәmәrәlidir.

Çin Mәrkәzi Asiya Cümhuriyyәtlәri ilә münasibәtlәrdә digәr rәqiblәrindәn bir addım daha irәlidә ola bilmәk üçün daha konkret addım atır.Mәsәlәn Xianda bundan sonra keçirilәcәk iclaslarda qәbul edilәcәk qәrarların hәyata keçirilmәsi üçün xarici işlәr nazirlәrinin müavinlәrindәn ibarәt komissiyanın yaradılması vә Xarici İşlәr Nazirliklәrindә Çin ilә Mәkәzi Asiya ölkәlәri arasındakı iclaslardan mәsul şöbənin yaradılması ilә bağlı qәrar qәbul edilib.

Akademiklәrdәn vә mütәxәssislәrdәn ibarәt heyәtin yaradılması ilә bağlı da qәrar qәbul edilib. Tәrәflәr Mәrkәzi Asiya ilә Çin xarici işlәr nazirlәri arasındakı iclası yüksәk sәviyyәdә istifadә etmәk niyyətindədirlər. 

Mövcud mәlumatlara görә, bölgәdәki ölkәlәrin әn  ciddi ticarәt partnyoru Çindir. Çinin bölgәdәki tәsirini ticarәt ilә mәhdudlaşdıracağını düşünmәk yalnışdır. Tacikistanda hәrbi baza quran Çin ABŞ-ın Әfqanıstandan hәrbçisini çıxarmasından sonra bölgәdәki hәrbi mövcudluğunu artırmaq istәyәcәk. Çin uzun müddәtdә Mәrkәzi Asiyanın әn böyük partnyoru olmaq niyyәtindәdir.

 

 

 



Әlaqәli Xәbәrlәr