Türkiyənin ən hündür dağı olan Ağrı dağının dini bir əfsanəyə ev sahibliyi etdiyini bilirsinizmi?

Müqəddəs kitablarda da qeyd olunan Ağrı dağının müxtəlif dillərdə bir çox adı var.

1640174
Türkiyənin ən hündür dağı olan Ağrı dağının dini bir əfsanəyə ev sahibliyi etdiyini bilirsinizmi?
Ağrı Dağı.jpg

5137 metr hündürlüyü ilə Türkiyənin ən hündür dağı olan Ağrı dağı Böyük Tufandan sonra Nuhun gəmisinə ev sahibliyi etdiyi üçün əfsanəvi bir xüsusiyyətə sahib bir dağdır. Müqəddəs kitablarda da qeyd olunan Ağrı dağının müxtəlif dillərdə bir çox adı var. Assur dilində "dağlıq bölgə, hündür ölkə" mənasını verən və əsli "Uruatri" olan "Urartu" sözü ibranicə Kitabı Müqəddəsdə səhv səsləndirmə nəticəsində "Ararat" şəklini alıb. Bu gün Ağrı dağı bir çox mədəniyyətdə Assuriya mənşəli bu adla tanınır.

Nuhun gəmisinin Ağrı dağında olduğuna inam bir çox insanı bu dağa çıxmağa sövq etdi. Marko Polonun dırmanmağın əsla olmayacağını söylədiyi dağa ilk dırmanış 1829-cu ildə Prof. Frederik Von Parat tərəfindən həyata keçirildi. İkinci qış dırmanışı isə ilk dırmanışdan xeyli zaman sonra 21 fevral 1970-ci ildə Türkiyə Alpinistlik Federasiyasının keçmiş sədrlərindən dr. Bozkurt Ergör tərəfindən reallaşdırılıdı. Ağrı dağını hər il dünyanın hər yerindən minlərlə alpinist ziyarət edir.



Әlaqәli Xәbәrlәr