Orta Şәrqdәki proseslәr

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru Murat Yeşiltaşın Orta Şәrqdәki proseslәrlә bağlı qәlәmә aldığı məqaləsi.

1635437
Orta Şәrqdәki proseslәr

Son dövrdә Orta Şәrqdәki çox sayda dövlәt problem yaşadığı ölkәlәrlә münasibәtlәrini normallaşdırmağa çalışır.

Bu proses ilk olaraq Donald Tramp dövründә İsrail ilә bәzi әrәb ölkәlәri arasında başlayıb. Amerika Birlәşmiş Ştatlarında Co Baydenin iqtidara gәlmәsi ilә normallaşma prosesinin Orta Şәrqdәki çox sayda ölkәyә eyni anda tәsir göstәrdiyi müşahidә olunur. Keçәn hәftәlәrdә Sәudiyyә Әrәbistanı ilә İran arasında yaşanan müsbәt proseslәr bölgәnin iki әhәmiyyәtli rәqibi arasında belә normallaşmanın ola bilәcәyini göstәrdi. Türkiyә isә bu dövrdә әn çox gündәmi zәbt edәn ölkәlәrdәn biri oldu. Türkiyә-İsrail, Türkiyә-Misir vә Türkiyә-Sәudiyyә Әrәbistanı arasında yaşanacaq yaxınlaşmalar Orta Şәrqdә yeni bir dövrün başlamasına fürsәt yaradacaq. Türkiyә ilә Misir arasındakı münasibәtlәrin normallaşmasına dair yeni bir addım da atıldı. İki ölkәnin Kәşfiyyat İdarәlәrinin rәhbәrlәri vә Xarici İşlәr Nazirliklәri arasında baş tutan görüşlәrdәn sonra Türkiyә nümayәndә heyәti Qahirәyә sәfәr edib.

Amerika Birlәşmiş Ştatlarının Sәudiyyә Әrәbistanını Yәmәndә yalnız qoymaması vә İran  nüvә müqavilәsinә müsbәt yanaşması yeni hәrәkәtliliyә sәbәb oldu. Ağ Evin Orta Şәrq üzrә nümayәndәsi McQurkun Sәudiyyә Әrәbistanı, Birlәşmiş Әrәb Әmirliklәri, Misir vә İordaniyaya sәfәr edәrәk İran ilә әldә olunan  nüvә müqavilәsinә geri qayıtmaq üçün müttәfiqlәrinin bu mәsәlәdәki narahatlıqlarını aradan qaldıracağı müşahidә olundu. Amerika Birlәşmiş Ştatlarının Orta Şәrqdәki ilkin prioriteti İran nüvә proqramının nәzәrdәn keçirilmәsi vә rәsmi Tehran ilә yenidәn danışıqların aparılmasıdır. Digәr tәrәfdәn Rusiya vә Çin kimi qlobal aktyorların Orta Şәrqә olan maraqları hәr ötәn gün artmaqdadır. Belә vәziyyәtdә regiondakı bütün aktyorlar öz aralarındakı problemlәri hәll etmәyә çalışırlar. Türkiyә ilә Misir arasındakı yaxınlaşma sәylәrini dә bu prosesin bir parçası olaraq görmәliyik.

Liviyada siyasi keçid prosesi başladıqdan sonra Misir vә Türkiyә üçün Liviya ortaq bir mәsәlәyә çevrilә bilәr. Hәr iki ölkә dә Liviya mәsәlәsindә birgә hәrәkәt etmәnin strateji әhәmiyyәtә malik olduğunun  fәrqindәdir. Şәrqi Aralıq dәnizindәki enerji resursları ilә bağlı rәqabәt etmәnin isә iki ölkә üçün bir faydasının olmayacağı anlaşıldı. Misir Yunanıstan ilә bağladığı müqavilәnin ölkәnin ilkin prioritetlәrinә cavab vermәdiyini bilir. Bu sәbәbdәn Türkiyә ilә Şәrqi Aralıq dәnizindә enerji mәsәlәsindә әmәkdaşlıq etmәsi Misirin daha çox qazanacağı mәnasına gәlir. Bu iki mövzu normallaşma prosesinin әn müsbәt gündәmini tәşkil edir. İki ölkә arasında  problem olan ''Müsәlman Qardaşlar'' mәsәlәsi isә hәlәlik bir kәnara qoyulub. Daha әhәmiyyәtli regional geosiyasi mәsәlәlәr iki ölkә arasındakı yaxınlaşmanın irәliləməsinə imkan verəcək.

Misir ilә Türkiyә arasındakı münasibәtlәrin normallaşması başda Liviya mәsәlәsi olmaqla bölgәdәki gәrginliyi azalda bilәr.

 



Әlaqәli Xәbәrlәr