ABŞ-da ictimaiyyətə açıq yerdəki ilk Atatürk heykəlinin paytaxt Vaşinqtonda olduğunu bilirsinizmi?

Mustafa Kamal Atatürkün vəfatının 75-ci ildönümü olan 10 Noyabr 2013-cü il tarixində ABŞ-ın ictimaiyyətə açıq yerində qoyulan ilk Atatürk heykəlinin açılışı olub.

1623710
ABŞ-da ictimaiyyətə açıq yerdəki ilk Atatürk heykəlinin paytaxt Vaşinqtonda olduğunu bilirsinizmi?
ATATÜRK.jpg

Mustafa Kamal Atatürkün vəfatının 75-ci ildönümü olan 10 Noyabr 2013-cü il tarixində ABŞ-ın ictimaiyyətə açıq yerində qoyulan ilk Atatürk heykəlinin açılışı Vaşinqtonun ən əhəmiyyətli meydanlarından biri olan Şeridın Sirkıl meydanında olub.

İcazə almaq üçün uzun və çətin bir prosesdən sonra ABŞ-dakı Türkiyə Səfirliyi və Atatürk Amerikan Dərnəyi heykəlin dizaynı üçün bir yarışma təşkil etdi. Yarışmada heykəltəraş Cefri Hall müsabiqənin qalibi seçildi. Atatürk haqqında çox şey bilməyən Cefri Hall Atatürkün ümumi duruşunu və hərəkətlərini göstərən yüzlərlə fotoşəkil və hətta köhnə filmlərə baxdıqdan sonra Atatürkün əzəmətli duruşu, görünüşü və hərəkətləri ilə tanış oldu. 6 aylıq hazırlıq nəticəsində tamamlanan heykəl Atatürkün əlində 40 yaşlarında bir kitab tutan şəklini əks etdirir. Heykəl bir bütöv olaraq Atatürkün lider rolunu vurğulayır. Əlindəki kitabın üzərində isə “Nitq” yazılıb.

Vaşinqton şəhərinin Rov məhəlləsində Türkiyə Səfirliyinin iqamətgahı qarşısında ümumi bir ərazidə yerləşən Atatürk heykəli 75-ə yaxın səfirlik, konsulluq və səfirlik binaları arasında turistlər üçün ən cəlbedici ziyarət yerlərdən biridir.



Әlaqәli Xәbәrlәr