Liviya-Türkiyə əlaqələri

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru Murat Yeşiltaşın “Liviya və Türkiyə əlaqələri” məqaləsini təqdim edirik

1622189
Liviya-Türkiyə əlaqələri

 

  Əbdülhəmid Dibeybe Liviya Milli Koalisiya Hökumətinin baş naziri vəzifəsinə gəldikdən sonra həm özü, həm də hökumət heyəti ilə bu günə qədərki ən geniş tərkibli səfərini 12 aprel 2021-ci il tarixində Türkiyəyə reallaşdırdı.

  Dibeybenin 14 nazirlə gəldiyi paytaxt Ankarada Türkiyə- Liviya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk yığıncağı oldu. Toplantıdan sonra hökumətlər arasında beş əhəmiyyətli müqavilə imzalandı.

  Hörmətli dinləyicilər, sizə . Mətni oxuyur mən Sevda Mirzə.

  Liviya hökumət heyətinin Türkiyəyə gəlişi, birincisi, simvolik əhəmiyyət daşıyır. Dibeybenin baş nazir təyin olunduğu 5 fevraldan həm o, həm də Hökumət Şurasının sədri Məhəmməd Yunus əl-Mənfi bir çox ölkənin hökumət və dövlət başçıları və beynəlxalq qurumlar tərəfindən təbrik və dəstək mesajları, o cümlədən, dəvətlər alıblar. Bu müddət ərzində Dibeybe və Mənfi xarici səfərlər gerçəkləşdirib, özləri də paytaxt Trablusda başqa ölkələrin heyət və qonaqlarını qarşılayıblar.  

   Liviya Milli Koalisiya Hökuməti uzun sürən bir qarşıdurma mühitindən sonra ölkədəki bölünmüşlüyü ortadan qaldıran və dövlətinə sahib çıxan bir duruş sərgilədiyi üçün bu hökuməti qəbul etməyənlər belə hal-hazırda bir şəkildə onunla əlaqə yaratma səyi içindədir. Bunlara Hafteri dəstəkləyərək Milli Koalisiya Hökumətini devirməyə cəhd etmiş Birləşmiş Ərəb Əmirlikləri, Misir, Rusiya və Fransa da daxildir. Liviyaya mənfəət gözü ilə baxanlar da yeni hökuməti tanıyır. Yaxşı əlaqələr qurmaq, üzərində müəyyən ölçüdə təsir sahibi ola bilmək və gələcəkdə Liviyadan imtiyazlar əldə etmək cəhdləri də var. Belə bir zamanda Liviyanın baş naziri Əbdülhəmid Dibeybe və Milli Koalisiya Hökumətinin nazirlər səviyyəsində heyətinin Ankaraya gəlişi Türkiyəni "bərabərlər arasında birinci" mövqeyinə gətirmək deməkdir.

   Liviya səfərini xüsusilə fərqləndirən cəhətlərdən biri izdihamlı nazir heyətiylə görüşlərin reallaşdırılmış olmasıdır. Milli Koalisiya Hökuməti kabineti baş nazir Dibeybenin ölkənin fərqli bölgə və şəhərlərinin ortaq maraqlarını tarazlayıcı bir barışıq kabinetidir.

  Liviya Milli Koalisiya Hökumətinin əsas vəzifəsi 24 dekabr 2021-ci ildə ölkəni seçkilərə aparacaq hazırlıqları görmək, bölünmüş və rəqib qurumları birləşdirmək və bütün bunlarla xalqa xidmət etməkdir.

  2011-ci ildən Liviyada güclü hakimiyyət təsis edilə bilməməsi, 2014-cü ildən Hafterin başladığı vətəndaş müharibəsi, 2019-cu ildə hafterçilərin paytaxt Trablusa hücumu və ölkəni idarə edə bilməyən naşı rəhbərlik ölkədə səhiyyədən təhsilə, infrastrukturdan təhlükəsizliyə qədər hər sahədə ciddi problemlər qoyub. Bu gün xalq üçün siyasi fiqurların ideoloji fikirlərindən daha mühüm minimum həyat şərtlərinin düzəldilməsidir. Dibeybenin başçılıq etdiyi Milli Koalisiya Hökumətinin Liviya xalqının vəziyyətini normallaşdıracaq həllər tapacağı ümid verir.

  Türkiyə səfərində təkcə Dibeybe və yaxın qrupu deyil, onunla xarici işlər, daxili işlər, sənaye, təhsil, ətraf mühit, ticarət, maliyyə, müdafiə, enerji kimi sahələr üzrə 14 nazirin də gəlməsi, hər birinin öz türkiyəli həmkarları ilə tanış olmaları, görüşmələri bundan sonrakı iş birlikləri üçün zəmin hazırladı. Liviya müdafiə naziri vəzifəsini də vəkalətən idarə edən baş nazir Əbdülhəmid Dibeybe Türkiyənin milli müdafiə naziri Hulusi Akarla da görüşdü.

  Görüşlərin nəticəsi olan Türkiyə ilə Liviya arasında imzalanan müqavilələrin əhəmiyyətli parçalarından biri Liviyada bir Türkiyə şirkəti tərəfindən tikiləcək üç elektrik stansiyasıdır.

  Ölkədə həm inqilab, həm də vətəndaş müharibəsi dövrlərində bir çox infrastruktur bazalar zərər görüb ki, bu sırada elektrik stansiyaları da pis rəhbərlik, laqeydlik və baxımsızlıq ucbatından müntəzəm xidmət verəbilməz hala gəlib. Bu gün Liviya xalqının gündəlik həyatına mənfi təsir edən ən başlıca problemlərin başında ardıcıl elektrik ala bilməməsidir. Tikiləcək elektrik stansiyaları Liviyanın elektrik istehsal və verilməsinin həllinə əhəmiyyətli dərəcədə təsir edəcək. Bu başlanğıc əməkdaşlıqdan sonra digər sahələrdə də təcrübə paylaşımı və inşaat işləri gələcək.  

  Siyasi-strateji mərhələdə Liviyadakı yeni hökumət Türkiyənin dəyərini və bu əlaqələrin beynəlxalq aktyorlar tərəfindən də qəbul edildiyini bilir. Avropa ölkələri və ABŞ Türkiyə olmadan mövcud barış müddətinin davam etdirilməsinin çətin olduğunu anlayır. Türkiyəni bu strateji səviyyədə görmənin əsas dəlili Liviya Koalisiya Hökuməti başçısı və nazirlərinin ölkəyə birlikdə gəlişi və nəticədə bağlanan əməkdaşlıq müqavilələridir.



Әlaqәli Xәbәrlәr