Macarıstan rәsmilәrinin Orta Asiya cümhuriyyәtlәrinә sәfәrləri

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü buraxılışında Macarıstan rәsmilәrinin Orta Asiya cümhuriyyәtlәrinә etdiyi sәfәrlәri qiymәtlәndirәcәyik

1621370
Macarıstan rәsmilәrinin Orta Asiya cümhuriyyәtlәrinә sәfәrləri

 

Macarıstan Baş naziri Viktor Orban 2021-ci ilin  29-31 mart tarixlәrindә Özbәkistana sәfәr edib. Özbәkistan prezidenti Sevkat Mirziyoyev Viktor Orbanı rәsmi mәrasimlә qarşılayıb. Keçirilәn görüşlәrdәn sonra iki ölkә arasında 10 miqavilә imzalanıb.Özbәkistan-Macarıstan münasibәtlәri yüksәk sәviyyәyә çatdırılıb. Bank, kәnd tәsәrrüfatı vә yerli idarәlәr sahәlәrindә konkret addımlar atılıb.İlk dәfә Özbәkistan-Macarıstan Әmәk Şurasının toplantısı keçirilib. Sәfәr çәrçivәsindә Rektorlar Forumu keçirilib. Debrecem Universitetinin Daşkәnddә filial açmasını vә kәnd tәsәrrüfatı, biotexnoloji vә  әczaçılıq sahәlәrindә mütәxәssislәrin yetişdirilmәsini nәzәrdә tutan müqavilә imzalanıb.

2021-ci ilin 31 mart tarixindә Viktor Orban  Türk Şurasının onlayn qaydada keçirilәn zirvә görüşünә qatılıb vә çıxış edib.

2021-ci ilin 6-9 aprel tarixlәri arasında isә Macarıstan xarici işlәr vә ticarәt naziri Peter Szijjarto Orta Asiya cümhuriyyәtlәrinә sәfәr edib. Peter Szijjarto Qazaxıstan, Tacikistan vә Qırğızıstan prezidentlәri tәrәfindәn qәbul edilib, müvafiq nazirlәrlә görüşlәr keçirib.

Macarıstan xarici işlәr vә ticarәt naziri Peter Szijjarto ilk olaraq Qazaxıstana sәfәr edib. Peter Szijjarto sәfәr çәrçivәsindә Qazaxıstan xarici işlәr naziri Muxtar Tleuberdi ilә görüşüb. Görüşün sonunda Tleuberdi Astana Beynәlxalq Maliyyә Mәrkәzindә Macarıstanın ixrac vә idxal ofisinin açılacağını bildirib. Peter Szijjarto ölkәsinin Avrasiya İnkişaf Bankına qatılmağı düşündüyünü qeyd edib. Macarıstan xarici işlәr vә ticarәt nazirinin  qazaxıstanlı biznesmenlәrlә dә bir araya gәldiyi bildirilib. Peter Szijjarto son olaraq Beynәlxalq Türk Akademiyasına baş çәkib vә Macarıstanla bağlı nәşr  edilәn kitabların tәqdimat mәrasiminә qatılıb.

2021-ci ilin 7 aprel tarixindә Macarıstan xarici işlәr vә ticarәt naziri Tacikistana sәfәr edib. Peter Szijjarto Macarıstanın  Düşәmbәdәki Fәxri Konsulluğunun açılış mәrasimindә iştirak edib. Eyni gün Macarıstan-Tacikistan İnvestisiya Forumu tәşkil edilib.

Peter Szijjarto 2021-ci ilin 8 aprel tarixindә Qırğızıstana  sәfәr edib. Keçirilәn görüşlәrdәn sonra  Macarıstanın bu ölkәdәki sәfirliyinin yaxın gәlәcәkdә bәzi Avropa İttifaqına üzv ölkәlәrә viza vermәyә başlayacağı, Qirğızıstanın Macarıstanda sәfirlik açacağı açıqlanıb.İki ölkә arasında 5 miqavilә imzalanıb.

Macarıstan Baş naziri vә Macarıstan xarici işlәr vә ticarәt nazirlәrinin Orta Asiya cümhuriyyәtlәrinә etdiyi sәfәrlәr sәmәrәli keçib. Macarıstanın Orta Asiya ölkәlәrinin strateji tәrәfdaşları olan Rusiya vә Türkiyә ilә çox yaxşı münasibәtlәri var. Bu sәbәbdәn Macarıstanın Orta Asiya ölkәlәri ilә әlaqәlәri qısa müddәtdә  yüksәk sәviyyәyә çatdıra bilәr. Orta Asiya cümhuriyyәtlәri baxımından Macarıstan Avropa İttifaqı üçün açılan qapı mövqeyindәdir.Türk Şurasının Budapeştdәki tәmsilçiliyi bunun ilk konkret addımı olaraq qiymәtlәndirilә bilәr.



Әlaqәli Xәbәrlәr