MİT-in sərhədyanı əməliyyatları

Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçı-yazarı Can Acunun məqaləsini təqdim edirik

1608536
MİT-in sərhədyanı əməliyyatları

 

  Türkiyənin Milli Kəşfiyyat Təşkilatı – MİT son illər bir tərəfdən ölkədə böyük əməliyyatlara imza atır, digər tərəfdən, xüsusilə İraq və Suriyada PKK terrorçularına qarşı genişmiqyaslı hərəkatlar təşkil edir. Yaxınlarda PKK/KCK-nin Suriya qolu PYD/YPG-nin sözdə briqada komandiri “Şeyx Quyi” kod adlı terrorçusu İbrahim Babatın qısa zaman ərzində Suriyada tutulub Türkiyəyə gətirilməsi də MİT-in imkan və qabiliyyətlərinin gəldiyi mərhələni göstərmək baxımından çox əhəmiyyətlidir. Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçı-yazarı Can Acunun məqaləsini təqdim edirik. 

  Türkiyə geosiyasi iddialar və böyük meydanoxumalarla qarşı-qarşıya qalmaqla çətin bir coğrafiyada varlığını yaşadır. Ona görə də Türkiyə həm ölkə daxili, həm də yaxın coğrafiyada milli maraqlarını qorumaq üçün bütün qanuni vasitələrdən ən təsirli şəkildə istifadə etmək məcburiyyətindədir. Bu işdə yumşaq diplomatik dil və güclü hərbi qüvvə ilə yanaşı, kəşfiyyat böyük əhəmiyyət kəsb edir.

  Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyəyə qarşı iddia və meydanoxumalarla qarşı mübarizədə günü-gündən bərkiyir, möhkəmlənir. Xüsusilə, 15 İyul Çevriliş Cəhdindən sonra yeni təhlükəsizlik doktrinası ilə bağlı MİT-ə böyük maliyə ayrıldı, bundan sonra təşkilatın imkan və qabiliyyətlərində ciddi irəliləyiş nəzərə çarpdı. İstər insan resursları, istərsə texniki imkanları artan MİT həm Türkiyə, həm də sərhədyanı İraq və Suriya ərazilərində mühüm əməliyyatlara imza atdı.  

  Türkiyənin İraq və Suriyada həyata keçirdiyi “Fərat qalxanı”, “Zeytun budağı”, “Sabitlik hərəkatı” kimi böyük sərhədyanı hərəkatlarda, xüsusilə terror təşkilatı PKK-nın sözdə vəzifəli adlarının təsbit və zərərsizləşdirilıməsi baxımından işləri böyük təqdirə layiqdir. Təkcə son kəşfiyyat məlumatı əsasında MİT-in Türkiyə sərhəd xəttinə 50 km.-lik məsafədə - Suriyanın Rakka bölgəsində terror təşkilatı PKK/KCK-nin Suriya qolu PYD/YPG-nin sözdə briqada komandiri "Şeyx Quyi" kod ləqəbli terrorçusu İbrahim Babatı tutub Türkiyəyə gətirə bilməsi terrorla mübarizədə böyük müvəffəqiyyətlərdən biridir. Bu adamdan alınan məlumatlar əsasında bir çox PKK hücrəsi çökdürüldü və terrorçulara ağır zərbələr vuruldu. Terror təşkilatının sözdə başçı heyəti və sahə komandirlərinin zərərsizləşdirilməsi terrorçuların əmr-idarə nəzarətini laxlatdı, fəaliyyətini sarsıtdı. Beləliklə, Türkiyə sərt güc birliklərini maliyyə cəhətdən möhkəmləndirərək daşındırıcı bir qüvvə olaraq yüksəldi. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı bunun əhəmiyyətli təzahürlərindən biridir.



Әlaqәli Xәbәrlәr