İstanbulun Eyüp səmtində bir təpəyə Fransa yazıçısı Pyer Lotinin adının verildiyini bilirsinizmi?

Pyer Loti "Aziyade" romanının qəhrəmanı olan qadınla da burada tanış olub

1605631
İstanbulun Eyüp səmtində bir təpəyə Fransa yazıçısı Pyer Lotinin adının verildiyini bilirsinizmi?
pierre loti kahvesi 1.jpg
pierre loti kahvesi.jpg

 

  Pyer Loti (Pierre Loti) 1850-ci ildə Fransanın Roşfor şəhərində protestant ailədə evin sonbeşiyi olaraq dünyaya göz açıb. 17 yaşında Fransa Dəniz Donanmasına daxil olub. Dənizçilik təhsilini bitirdikdən sonra 1881-ci ildə kapitan rütbəsi alıb və növbəti illərdə də polkovnikliyə qədər yüksəlib. Yaxın və Uzaq Şərqdə səfərlərdə olub.

  Bir dəniz zabiti kimi romanlarında bəhs etdiyi yad mədəniyyətləri çoxlu yerlər gəzərək öyrənib. Bu səyahətlərindəki müşahidələrini kitablarına köçürub. 

  1879-cu ildə ilk romanı olan və Osmanlı imperiyasındakı təəssüratlarını bölüşdüyü "Aziyade"nin nəşrindən sonra 1878-ci ildə "Mariage de Loti" (Lotinin Toyu), 1886-cı ildə isə "Pécheur d'Islande"ni (İslandiya Balıqçısı) çap etdirib. Daha sonrakı illərdə hər il bir kitabı çıxıb və geniş oxucu kütləsi qazanıb. 

  Pyer Loti İstanbula ilk dəfə 1876-cı ildə bir Fransa gəmisi ilə bir zabit kimi gəlib. Osmanlı həyat tərzindən çox təsirlənən yazıçı bunu bir çox əsərlərində əks etdirib. "Aziyade" romanının qəhrəmanı olan qadınla da burada tanış olub. İstanbulda olduğu vaxtlarda Eyüpsultan səmtində yaşayıb. İstanbula heyran olan Loti özünü həmişə "türk dostu" adlandırıb. 

  Daha sonralar İstanbulda Divanyolunda bir küçəyə Pyer Lotinin adı, Eyüpsultanda bir qəhvəxanaya "Pyer Loti qəhvəxanası" adı verilib. İndi də bu qəhvəxananın olduğu təpə "Pyer Loti təpəsi" adlandırılır. Bu təpəyə gedən kanat xəttinə də "Eyüp-Pyerloti" adı verilib.



Әlaqәli Xәbәrlәr