Mövlud Çavuşoğlunun Orta Asiya sәfәri

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlunun Orta Asiya ölkәlәrinә etdiyi sәfәri qiymәtlәndirәcәyik.

1603044
Mövlud Çavuşoğlunun Orta Asiya  sәfәri

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlunun Orta Asiya ölkәlәrinә etdiyi sәfәri qiymәtlәndirәcәyik.

2021-ci ilin 5-10 mart tarixlәrindә Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkmәnistan, Özbәkistan vә Qırğızıstana sәfәr edib. Mövlud Çavuşoğlu sәfәrlәr zamanı bu ölkәlәrin dövlәt başçıları tәrәfindәn qәbul edilib, xarici işlәr nazirlәri vә Baş nazirin müavinlәri ilә ikitәrәfli әlaqәlәri maraqlandıran mәsәlәlәri müzakirә edib. Xarici işlәr nazirlәri arasında әmәkdaşlığa dair protokollar imzalanıb.

Mövlud Çavuşoğlu ilk olaraq Türkmәnistana sәfәr edib. Mövlud Çavuşoğlu paytaxt Aşqabadda Türkmәnistan prezidenti Qurbanqulu Berdimәhәmmәdov ilә görüşәrәk Türk Hava Yollarının Türkmәnistana etdiyi  uçuşların bәrpa edilmәsi  vә Türkiyәnin yük maşınlarının ölkәdәn keçmәsi mәsәlәsi ilә bağlı  icazә alıb. Yeri gәlmişkәn qeyd edәk ki, Türkmәnistan pandemiya dövründә heç bir  aviaşirkәtin ölkәyә daxil olmasına icazә vermirdi.

Türkmәnistanda enerji mәsәlәsi dә müzakirә edilib. Xәzәrin enerjisinin ortaq şәkildә  istifadә edilmәsi  mәsәlәsindә Azәrbaycan vә Türkmәnistan arasında bağlanan müqavilәdәn sonra Türkmәnistan enerjisinin Türkiyә üzәrindәn Qәrbә ixracı mümkün olub.  Xәzәrin enerjisinin Türkmәnistan, Azәrbaycan vә Türkiyә tәrәfindәn Türkiyә vә Qәrbә ixrac edilmәsi mәsәlәsinin  bu il keçirilәcәk ikitәrәfli vә üçtәrәfli zirvә görüşlәrinin gündәmini zәbt edәcәyini deyә bilәrik.  

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu daha sonra Özbәkistana sәfәr edib. Mövlud Çavuşoğlu Özbәkistanın Hive, Buhara, Sәmәrqәnd vә Daşkәnd şәhәrlәrindә olub. Türkiyәnin xarici işlәr naziri martın 7-dә Özbәkistan Baş nazirinin müavini vә xarici işlәr naziri ilә Türkiyәnin Sәmәrqәnddәki Baş Konsulluğunun açılış mәrasimindә iştirak edib.Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın bu il Özbәkistana sәfәr etmәsi gözlәnilir.

Özbәkistandakı görüşlәrini tamamlayan Mövlud Çavuşoğlu Qırğızıstanın paytaxtı Bişkekә keçib. Mövlud Çavuşoğlu burada bu ölkәnin  prezidenti vә Baş naziri ilә görüşüb. Mövlud Çavuşoğlu Qırğızıstan nazirlәr ilә birgә Qırğızıstan-Türkiyә Manas Universiteti yanında yaradılan Pandemiya ilә Mübarizә Laboratoriyasının açılış mәrasimindә iştirak edib. Xarici işlәr naziri  bunları qurulacaq tibb fakültәsinin ilk addımları olaraq adlandırıb.  Türkiyә Maarif Vәqfinә tabe olan mәktәbin dә bu il Bişkekdә fәaliyyәtә keçmәsi gözlәnilir. Maarif Vәqfinin mәktәblәri Qırğızıstanın tәhsil sisteminә ciddi töhfәlәr verәcәk.

Xarici işlәr naziri Mövlud Çavuşoğlunun sәfәr etdiyi ölkәlәr Türkiyәnin müdafiә sәnayesi mәhsullarına böyük әhәmiyyәt verir. II Qarabağ müharibәsindә Türk mәhsullarının hәlledici rol oynaması Orta Asiya Cümhuriyyәtlәrinin bu mәhsullara olan marağını daha da artırıb. Bu il Orta Asiya Cümhuriyyәtlәri Türkiyәnin müdafiә sәnayesi mәhsullarını öz inventarına daxil edә bilәr. Yeri gәlmişkәn qeyd edәk ki, Qazaxıstan keçәn hәftәlәrdә Türkiyәnin zirәhli maşınlarını sınaqdan keçirib. Aselsan Qazaxıstandan sonra Özbәkistanda da fabrik aça bilәr. 2021-ci ildә Türkiyәdә keçirilәcәk Türk Şurası iclasının Türk Cümhuriyyәtlәri baxımından yeni bir dövrün başlanğıcı olacaq.



Әlaqәli Xәbәrlәr