Suriyada həll mümkündürmü?

Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçı-yazarı Can Acunun məqaləsini təqdim edirik

1600715
Suriyada həll mümkündürmü?

 

Suriyada həll mümkündürmü?

  “Ərəb baharı”nın 10-cu ili geridə qaldı və təəssüf ki, Suriyadakı vətəndaş müharibəsinin də onuncu ili doldu. Ölkə əhalisinin yarısından çoxu öz yerindən-yurdundan didərgin düşüb, bir milyona yaxın insan isə həyatını itirib. Suriya hər mənada çox ağır dağıntılarla üz-üzə qalıb. Bütün bu olanlardan sonra siyasi həllə çatmaq mümkündürmü? Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçı-yazarı Can Acunun məqaləsini təqdim edirik

  Tunisdə başlayan “Ərəb baharı” bir çox ölkədə basqı və ağır şərtlər altında yaşayan səssiz kütlələri hərəkətə gətirdi, “devrilməz” deyilən diktatorlar sanki bir domino təsiriylə yıxılmağa başladı.

  Tunisdən sonra Misir gəldi. Ancaq Suriyada inqilab addım-addım vətəndaş müharibəsinə çevrilərək özü ilə böyük dağıntılar gətirdi. Bəşər Əsəd rəhbərliyinə qarşı başlayan xalq qiyamına qarşı İran və Rusiya durdu. Hakimiyyət bu ölkələrə arxalanaraq hərbi müdaxilə ilə vətəndaş müharibəsini tətiklədi. Ölkənin kəşfiyyat təşkilatlarının zəifliyi isə terror təşkilatı DAEŞ-in Suriyada təzahür və fəaliyyətini artırdı.

  Müxalifət qrupları birlikdə hərəkət edə bilmədi. Buna görə Qərb dövlətləri Suriya müxalifətinə dəstəklərini geri çəkdilər, nəticədə ölkə Rusiya və İranın meydanda aktivləşməsinə səbəb oldu. Fərat çayının şərqindəki geniş sahələrə isə ABŞ PKK vasitəsilə nəzarət edir. Yalnız Türkiyənin dəstəyi ilə ayağı üstündə durmağa çalışan Suriya müxalifəti artıq İdlib və digər qurtarılmış ərazilərdə sıxışmış vəziyyətdədir. Halbuki Türkiyə atdığı addımlarla bu bölgələrdə humanitar böhranı minimuma endirmək, insanların normal sabit həyat tərzini bərpa etmək niyyətindədir.

  Bu gün Suriya üç yerə bölünüb. Bir tərəfdən də ortada vətəndaş müharibəsinin törətdiyi böyük bir dağıntı var; əhalinin yarısı yerindən-yurdundan edilib, üçdə biri başqa ölkələrdə qaçqındır, iqtisadiyyat hər sahədə müflisləşib, insanlar aclıqla qarşı-qarşıya qalıb, infrastruktur müharibə və iqtisadi böhranlardan tamamilə çöküb.  

  “Ərəb baharı”nın 10-cu ilində Suriyada, çox təəssüf ki, belə bir kədərli tablo var. Siyasi həll səyləri isə davam etməkdədir. Xüsusilə Türkiyə, Rusiya və İranın birgə təşəbbüsüylə başlanan “Astana müddəti” və bu məzmunda icra edilən yeni Konstitusiya məsələləri mühüm əhəmiyyət kəsb edir. Amma hələ ki, bir irəliləyiş yoxdur. Hakimiyyət və müttəfiqləri həqiqi həll deyil, zaman qazanmaqla məşğuldur. ABŞ isə Fəratın şərqində bir terror təşkilatı olan PKK-nın Suriya qolu PYD/YPG ilə birləşərək “defakto muxtar ərazi” yaratmaq üçün əlləşir. Göründüyü kimi, Suriyada istər daxili, istərsə də xarici aktyorlar bəzi istəklərindən vaz keçərək həqiqi həll üçün çalışmırlar.



Әlaqәli Xәbәrlәr