Trabzondakı Ayasofya muzeyinin bərpasının 2020-ci ildə tamamlanaraq yenidən açıldığını bilirsinizmi?

Ayasofya 1958-1962-ci illər arasında bərpa edilərək, 1964-cü ildə muzey olaraq ziyarətə açılmışdır.

1592417
Trabzondakı Ayasofya muzeyinin bərpasının 2020-ci ildə tamamlanaraq yenidən açıldığını bilirsinizmi?
Trabzon Ayasofya müzesi-2.jpg

Trabzon şəhərində yerləşən Ayasofya kilsəsi 1250 ilə 1260-cı illər arasında inşa edilən bir monastır kilsəsidir. Gec Bizans dövrü kilsələrinin ən gözəl nümunələrindən olan Ayasofya bölgənin 1461-ci ildə Osmanlılar tərəfindən fəth edilməsindən sonra da əhəmiyyətini qoruyub və 1670-ci ildə ehtiyac duyulması nəticəsində məscidə çevrilib.
Birinci Dünya Müharibəsi zamanı anbar, xəstəxana və daha sonra məscid kimi istifadə edilən Ayasofya 1958-1962-ci illər arasında bərpa edilərək, 1964-cü ildə muzey olaraq ziyarətə açılmışdır.
Ayasofya tarixi dəyərilə yanaşı sənət tarixi baxımından da bənzərsiz bir abidə kimi  də dəyərini qoruyur. Son olaraq 2018-2020-ci illər arasında bərpa edilib və 2020-ci ilin iyun ayında yenidən açılıb, pandemiya müddətində də çox sayda ziyarətçini qəbul etmişdir.



Әlaqәli Xәbәrlәr