Suriyada terror qurşağı

Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) qurumunun xarici siyasət araşdırmaçısı Can Acunun yazısını təqdim edirik

1590900
Suriyada terror qurşağı

 

  Türkiyənin sürpriz şəkildə İraqın şimalında yerləşən Qara bölgəsində PKK-ya qarşı reallaşdırdığı hərəkatla gözlər yenidən terrorla mübarizəyə çevrildi. 2021-ci ildə Türkiyənin həm İraq, həm də Suriyada böyük hərəkətlər təşkil edərək PKK-nı hədəfə alması artıq görünməkdədir.

  Terror təşkilatı PKK, xüsusilə Türkiyə və İraqda böyük təzyiq altındadır. Bununla belə təşkilatın Suriyadakı ayağı PYD/YPG Türkiyə üçün təhdid olmağa davam edir. Burada təşkilat ABŞ-ın dəstəyilə terror dövləti qurmaq səyindədir. Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) qurumunun xarici siyasət araşdırmaçısı Can Acunun yazısını təqdim edirik.         

  Suriya vətəndaş müharibəsində yaranan xaosdan faydalanaraq şimaldakı ərazilərə iddiasını genişləndirməyə başlayan terror təşkilatı PKK-nın Suriya quyruqları - PYD/YPG, xüsusilə 2014-cü ildən DAEŞ-lə mübarizə adı altında ABŞ-dan dəstək alaraq ölkənin şimal-şərqində administrativ strukturlar meydana gətirməyə və əlaqədar yerlərdə hakimiyyət sahələri qurmağa başladılar.  

  Terror təşkilatı bünyəsinə ərəb ünsürlərini də əlavə edərək meydana gətirdiyi SDG damı altında ölkənin təbii qaynaqlarına nəzarəti ələ keçirərək həm öz iqtisadi vəziyyətini təmin etməyə, həm də başda Əsəd rejimi olmaqla Rusiya, Türkiyə və İrana qarşı strateji üstünlük əldəetmə axtarışına girdi. Əsəd hökuməti isə öz iqtidarını sürdürmək üçün Suriyadakı təbii qaynaqlara təkrardan çatmağın əhəmiyyətini anladığı üçün müxtəlif hərbi və siyasi hücumlara keçdi, amma ABŞ-ın maneəsiylə qarşılaşıb müvəffəqiyyətsizliyə uğradı. Üstəlik terror təşkilatı ölkənin təbii qaynaqlarına nəzarət edib bunlardan gəlir qazanmaqla yanaşı, ABŞ tərəfindən əlavə maliyyə də olundu. Birləşmiş Ştatlar həm öz yardımları, həm Səudiyyə Ərəbistanı, həm də Birləşmiş Ərəb Əmirliklərindən SDG/YPG-yə maliyyə yardımı ilə tədarük gördü.

   Mövcud hərbi sahələrinə görə, SDG/YPG hal-hazırda Suriyanın 30 faizini təşkil edən 40.000 kvadrat km. deyil, daha çox əraziyə nəzarət etməkdədir. SDG/YPG idarəsi altındakı sahələr arasında məhsuldar əkinçilik əraziləri də daxil olmaqla qiymətli neft, təbii qaz və su qaynaqları vardır. Suriyanın sulana bilən sahələrinin 50, enerji qaynaqlarının 70 və su potensialının 95 faizi YPG terror təşkilatının nəzarətindədir.  

  ABŞ-ın qoruması altında bölgədə güclənməyə başlayan və ölkənin mühüm iqtisadi mənbələrinin idarəsini ələ keçirən PYD/YPG əvvəlcə “muxtarlıq”, indi isə tamamilə müstəqil bir terror dövləti qurmağa hazırlaşır.

  Türkiyənin nüfuzu altındakı bölgələrə sistemli şəkildə bombalı hücumlar edən, orada yaşayanlara zorakılıq və itaətetdirmə təzyiqi göstərən bu terror təşkilatları, lazım olanda Rusiya və Əsəd hökumətləri ilə öhdəliklərini davam etdirərək həyatda qalma səyi göstərir. Xüsusilə Türkiyənin reallaşdırdığı “Sülh çeşməsi” hərəkatından (BPH) sonra onların addımları daha aydın hiss olunur. Ancaq nə Suriyanın gerçəkləri, nə də Türkiyə terror təşkilatı PKK-nın Suriya qolunun bir terror dövləti qurub yaşatmasına icazə verməyəcək. Türkiyə “Sülh çeşməsi” hərəkatından sonra - 2021-ci il başlanandan İraqla yanaşı, Suriyaya da mühüm hərbi hərəkatlar təşkil edərək terror təşkilatlarının gücünü və təsir sahəsini minimuma endirmək üçün addımlar atmağa davam edəcək. Bu baxımdan xüsusilə Tel-Rıfat, Menbic, Ayn-İsa və Tel-Temir kimi təşkilatın əlində olan bölgələr hədəfə alına, təşkilatın təzyiqi altında qalan ərəb tayfalar və kürdlər dəstəklənərək təşkilatın zəiflənilməsi təmin edilə bilər. Nəticə olaraq Türkiyə baxımından terror təşkilatı PKK və alt təşkilatlanmalarının təkcə Türkiyə deyil, sərhəd qonşuları olan Suriya və İraqda da özünə yer eləməsi qəbul edilməyəcək. 



Әlaqәli Xәbәrlәr