Yaşar Kamalın "İncə Məmməd" adlı romanının bütün dünyada tanındığını bilirsinizmi?

"İncə Məmməd" məşhur türk yazıçısı Yaşar Kamalın ilk romanıdır.

1586839
Yaşar Kamalın "İncə Məmməd" adlı romanının bütün dünyada tanındığını bilirsinizmi?

Yaşar Kamalın "İncə Məmməd" adlı romanının bütün dünyada tanındığını bilirsinizmi?

"İncə Məmməd" məşhur türk yazıçısı Yaşar Kamalın ilk romanıdır. 1955-ci ildə nəşr olunan və maraqla oxunan bu əsər yazıçının öz sözü ilə desək, «məcbur adam»ın romanıdır. 

Türkiyə Cümhuriyyəti dönəminin ilk illərindən bəhs edən əsərin əsas qəhrəmanı haqsızlığa qarşı mübarizəni insanlıq borcu bilən İncə Məmməddir. Seçdiyi bu çətin, amma şərəfli həyat yolunda İncə Məmmədin başına gələn hadisələr Yaşar Kamalın qələmi ilə sadə dildə, klassik roman üslubunda oxuculara təqdim olunmuşdur. 40‐dan çox dilə tərcümə edilən roman türk xalqının adını əfsanələşdirdiyi İncə Məmmədi dünya oxucularına
da tanıtmışdır.

"İncə Məmməd" 1984-cü ildə ingilis aktyor və yazıçı Peter Ustinov tərəfindən "Memed, My Hawk" / "Şahinim Məmməd" adıyla kinoya uyğunlaşdırıldı. Ssenarisini də yenə özünün yazdığı filmdə rejissor Ustinov həmin zamanda Abdi Ağa rolunu oynayıb. Yunan bəstəkarı Manos Hacidakisin musiqisini səsləndirdiyi filmin başqa bir adı isə "The Lion and the Hawk"/"Arslan ve Şahin" dir.



Әlaqәli Xәbәrlәr