Bayden dövründə Türkiyə-ABŞ münasibətləri

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “Bayden dövründə Türkiyə-ABŞ münasibətləri ” adlı analitik yazısını təqdim edirik.

1577324
Bayden dövründə Türkiyə-ABŞ münasibətləri

Amerika tarixinin ən mütərəqqi kabinetini yaratmaq məqsədi ilə vəzifəyə başlayan Bayden bizə Tramp idarəsindən tamamilə fərqli bir dövrlə qarşı-qarşıya olduğumuzu göstərir. Həm simvolik olaraq, həm də tətbiq olunan ilk fəaliyyətlər baxımından nəzər saldıqda Baydenin Tramp idarəsinin tam əksinə olan bir idarəetmə yanaşması olduğu görülür. Bu, xüsusilə kabinet seçimində özünü göstərir. Ağdərili, kişi və protestant kabineti olan Tramp mövcud quruluşa qarşı mübarizə apararaq vəzifəsinin icrasına başlamışdı. Bir çox qurumun gücünü zəiflədən, yüksək səviyyəli təyinatlar reallaşdırmaqda çətinlik çəkən və eyni nazirlikdə bir çox fərqli nazirlərlə işləmək məcburiyyətində qalaraq xüsusilə xarici siyasət məsələlərini həyata keçirməkdə uğurlu olmayan bir Trump idarəsi var idi.
Digər tərəfdən, Bayden mövcud quruluş nizamını bərpa etməkdən əlavə qacaqcıl və demokratik vədlərini yerinə yetirəcək kabinetdə vəzifə icra edəcək şəxsləri və planları ilə sürətli addım atdı. Tramp idarəsi bir çox yüksək səviyyəli siyasi təyinatlar etməməklə qurumları zəiflətməklə öyünsə də, Baydenin ilk on gündə mindən çox təyinat reallaşdırması mühüm bir işarə kimi qəbul edildi. Bu sürətli inkişaflar Bayden rəhbərliyinin işləri ciddi qəbul edəcəyini göstərir. Arxasında media dəstəyi olan Baydenin ilk 100 günü rahat keçəcək kimi görünür.
Baydenin xarici siyasət komandası bir çox regional və qlobal məsələlərin ciddilikləri nəzərdə tutulduqda son dərəcə vacibdir. Xüsusilə Dövlət katibi Blinkenin uzun illər Bayden ilə işləməsi, Milli Təhlükəsizlik Məsləhətçisi Cek Sullivanın Blinkenə yaxın biri olması, Müdafiə naziri Lloyd Austin də Baydenin İraqdan yaxşı tanıdığı bir əsgər olması buna nümunə təşkil edir. Bu insanlar adları ilə birlikdə çəkilən xarici siyasət anlayışından daha çox "vəzifə adamı" profilləri ilə seçilirlər. Baydenin xarici siyasətdəki öz karyerasını nəzərə alsaq, komandası ilə ahəng içində çalışmaq istədiyi aydındır. Tam bu nöqtədə Bayden və komandasının xarici siyasət mövzusunda Türkiyə ilə əlaqələri necə formalaşdıracağı suallanı doğurur.
İlk baxışda Baydenin xarici siyasət komandasının Türkiyə ilə əlaqəli mövzulara bələd olduqları görülür. Rusiya, Suriya, Şərqi Aralıq dənizi, NATO, S-400 və İran bunların başında yer alır. Bu ölkələr hələ Türkiyə ilə əlaqələrdə "sərtlik tərəfdarı" olduqlarına dair açıqlama vermədilər. Hətta bu ölkələrin bu günə qədər Türkiyə ilə bağlı açıqlamalarının tonuna və təfərrüatlarına baxdığımızda ABŞ-ın siyasətlərninə haq qazandıran və NATO müttəfiqliyi ilə bir şəkildə birlikdə işləmək istəyən bir anlayışın ilkin plana çıxdığını görürük. 15 iyuldan sonra Baydenlə birlikdə Türkiyə Böyük Millət Məclisini ziyarət edən Blinkenin 2017-ci ildə Trampa YPG-ni silahlandırmasını tövsiyə etdiyi məlumdur.
Senatındakı iclasda Türkiyənin Rusiyadan S-400 alması ilə əlaqəli "qəbuledilməzdir" deyə bildirən Blinkenin səsinin tonu da Konqresdəki Türkiyə əleyhinə atmosferin təxmin edilməsi kimi başa düşüldü. Həmin iclasda Türkiyəyə "sözdə" bir müttəfiq şəklində isnad etməsi Türkiyə ilə əlaqəli siyasəti barədə ipucu verirdi. Lakin yenə də Blinkenin hələ də Türkiyənin xarici işlər naziri ilə əlaqə saxlamaması Vaşiqnton cəbhəsində təmkinli əhval-ruhiyyənin hakim olduğunu göstərir. Milli təhlükəsizlik müşaviri Sullivanın avropalı həmkarları ilə görüşdən sonra verdiyi açıqlamada; Türkiyəni Avropa ilə üzərində müzakirələr aparmaları lazım olan "birgə narahatlıq" mövzusu olaraq Çinlə birlikdə xatırlaması oxşar mənfi siyasətin nümunəsini təşkil etmişdir. Blinken ilə İbrahim Kalın arasındakı son telefon danışığı da bu qeyri-müəyyən atmosferi tamamilə dağıdan kimi görünmür.
Hal-hazırda Türkiyəyə qarşı uzaq və soyuq bir ifadədən istifadə etdiyi görülən xarici siyasət komandasının Suriya, YPG, S-400, FETÖ, Şərqi Aralıq dənizi, Liviya və s. konkret siyasət mövzularında nəticə olaraq Bayden siyasətlərini tətbiq edəcəkləri görünür. Ancaq Türkiyə-Amerika münasibətlərindəki problemli sahələrin idarə edilməsində konstruktiv rol oynamayacağı artıq başa düşülür. Bayden rəhbərliyi Obama və Tramp idarəsinin qarışığı olan bir strategiyası olmayan qeyri-müəyyən xarici siyasət qəbul edərsə, ikitərəfli münasibətləri normallaşdırmaq mümkün olmaya bilər.



Әlaqәli Xәbәrlәr