Sincar qәsәbәsi yenidәn gündәmdәdir

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun analitik yazısını tәqdim edirik.

1572939
Sincar qәsәbәsi yenidәn gündәmdәdir

İraqın şimalında Türkiyə və Suriyanın kəsişmə nöqtəsində yer alan Sincar qəsəbəsi son zamanlar yenidən gündəmdədir.

Sincar bölgəsi DEAŞ ilə mübarizə görüntüsü arxasında PKK terror təşkilatı tərəfindən ələ keçirilmiş və təşkilat adından İraq-Suriya xəttində əhəmiyyətli bir lojistika mərkəzi olaraq istifadə edildi. Təşkilatın Türkiyədəki mövcudluğu baxımından ciddi bir təhdid olaraq görülür. Bu yaxınlarda təşkilatın bölgədən çıxarılması baxımından əhəmiyyətli addımlar da atılmışdır. 
İraqda Türkiyə-Suriya kəsişmə nöqtəsində strateji əhəmiyyətə sahib olan Sincar qəsəbəsi çox uzun müddət Bağdad ilə Ərbil arasında bölüşülə bilməyən bölgə kimi də səsləndirilirdi. Yezidilərin bölgədə yaşaması dünyanın bölgəyə marağına səbəb oldu. Ancaq 2014-cü ildə DEAŞ terror təşkilatının bölgədəki Yezidileri hədəf alaraq qırğınları həyata keçirməsi, sonra yaranan xaosdan istifadə edərək PKK-nın bölgədə yerləşməsi Türkiyənin terrora qarşı mübarizəsində də bölgəni əhəmiyyətli hala gətirməyə başlatdı. Terror təşkilatı PKK həm bölgənin coğrafi mövqeyindən istifadə edərək İraq-Suriya xəttində əhəmiyyətli bir lojistika mərkəzi nəzarətinə keçirir, həm də bölgədə yaşayan Yezidiləri təzyiqlə silahlandıraraq bu bölgədən öz maraqladına xidmət etmək adından əhəmiyyətli bir sahə kimi görürdü. Bölgədə bir kanton idarəsi qurmağa cəhd edərkən, həmin zamanda Yezidilərdən ibarət silahlı YBŞ qüvvələri ilə bölgədəki hakimliyini artırmaq üçün də səy göstərdi. Ancaq əvvəlcə İraq Kürd Regional İdarəyə bağlı peşmərgələrlə mübarizə aparmaq məcburiyyətində qaldılar. Sonra isə Türkiyənin dalbadal həyata keçirdiyi hava əməliyyatları PKK-nı bölgədə zəiflətməyə başladı. Yenə Türkiyə kəşfiyyat təşkilatı MİT üzərindən bölgədəki PKK terror təşkilatı idarəçilərini təkbətək təsirsiz hala gətirməyə başladı.
Bu prosesdə Yezidilərin də böyük nisbətdə PKK-ya qarşı mövqe tutduğu və PKK-nın bölgəni tərk etməsi üçün təzyiq göstərdikləri görüldü. Nəticədə Türkiyənin də tələblərilə Bağdad ilə Ərbil arasında PKK və Haşdi Şaabi kimi digər silahlı ünsürlərin bölgədən tamamilə çıxarılması üçün bir razılaşma əldə olundu. Mərkəzi İraq ordusunun bölgəyə girməsi ilə PKK-ya bağlı qüvvələr bəzi bölgələrdən çıxarıldı, lakin təşkilat hələ də Sincar çölündə fəaliyyətini davam etdirir. Türkiyə İraq ordusunun bölgəyə tamamilə nəzarət altına alması üçün israr edir, hər cür yardıma açıq olduğunu da vurğulayır. Lakin qısa müddətdə istənilən addımlar atılmasa, birtərəfli olaraq bir əməliyyat imkan daxilindədir. 

Nəticədə, Türkiyə cəhətdən Sincarın PKK terror təşkilatından təmizlənməsi demək təşkilatın İraq-Suriya xəttinin böyük nisbətdə kəsilməsi və təcrid olunması mənası daşıyır. Keçən həftə Türkiyənin Müdafiə naziri Akarın Bağdad və Ərbilə keçən həftə etdiyi səfərinə də terrorla mübarizə və Sincar konteksində nəzər salmaq lazımdır.



Әlaqәli Xәbәrlәr