Qırğızıstanda keçirilәn prezident seçkilәri

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Qırğızıstanda keçirilәn növbәdәkәnar prezident seçkilәrini vә üsul-idarә sistemini müәyyәn etmәk üçün keçirilәn referendumu qiymәtlәndirәcәyik.

1566644
Qırğızıstanda keçirilәn prezident seçkilәri

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Qırğızıstanda keçirilәn növbәdәkәnar prezident seçkilәrini vә üsul-idarә sistemini müәyyәn etmәk üçün keçirilәn referendumu qiymәtlәndirәcәyik.

2021-ci ilin 10 yanvar tarixindә Qırğızıstanda növbәdәnkәnar prezident seçkilәri vә üsul-idarә sistemini müәyyәn etmәk üçün referendum keçirilib. Prezident seçkilәrindә 17 namizәd mübarizә aparıb. Sadır Caparov sәslәrin 79 %-ni toplayaraq prezident seçilib. Seçkilәrdә ölkә vәtәndaşlarının 39, 33 faizi yәni 1 milyon 401 min 726 seçici iştirak edib.

Sәs verәn seçicilәrin sayının az olması qırğız xalqının siyasi oyunlardan yorulduğunun göstәricisidir.  2020-ci ilin 4 oktyabr tarixindә keçirilәn parlament seçkilәrinin nәticәlәrinin lәğv edilmәsinә sәbәb olan 2 nömrәli formun aradan qaldırılması  da iştirakın az olmasına sәbәb olub. Seçicilәr hәm yeni prezident, hәm dә üsul-idarәni müәyyәn etmәk üçün sәs verdilәr. Referendumda seçicilәrin 81,29%  Prezident-üsul idarә sisteminin lehinә, 10,85 % parlament üsul idarә sisteminin lehinә, 4,43 % dә iki sistemin  dә әleyhinә sәs verib. Referendumun nәticәlәrinә әsasәn, Qırğızıstan yenidәn prezident üsul-idarә sistemi ilә idarә edilәcәk. Prezident üsul-idarә sisteminin necә formalaşacağı bu il әrzindә bәlli olacaq. Seçkilәrin şәffaf mühitdә keçirildiyi bildirilib.

Yeri gәlmişkәn qeyd edәk ki, Sadır Cabarov 50 gün әrzindә andiçәrәk vәzifәsinin icrasına başlayacaq. Cabarovu seçkilәrdә әldә etdiyi qәlәbә münasibәtilә Әfqanıstan, Qazaxıstan, Rusiya, Özbәkistan vә Türkiyә prezidentlәri, hәmçinin Türk Şurası, TÜRKSOY, TürkPA kimi beynәlxalq tәşkilatlar tәbrik ediblәr. Amerika Birlәşmiş Ştatları, Çin vә Avropa İttifaqı seçki nәticәlәrini qәbul etdiklәrini bildiriblәr. Sadır Cabarov ilk sәfәrini Qazaxıstana edәcәyini açıqlayıb.

Qırğızıstanda prezident seçkilәri vә referendumun keçirilmәsinә baxmayaraq gәrginliyin sәviyyәsi yüksәk olmağa davam edәcәk. Çünki prezident üsul-idarә sisteminin necә olacağı hazırda dәqiq bilinmir. Qeyd edәk ki, bu il ölkәdә parlament seçkilәri yenidәn keçirilәcәk. Pandemiya Qırğızıstan iqtisadiyyatına mәnfi tәsirlәr göstәrib. Xalq yeni seçilmiş prezidentin  vә rәhbәrliyin problemlәri sürәtli şәkildә hәll etmәsini istәyir.

Sadır Caparov prezident seçildikdәn sonra etdiyi çıxışında Türkiyә ilә münasibәtlәri yeni sәviyyәyә çatdırmaq istәdiyini vurğulayıb. Sadır Caparov dövründә Türkiyә-Qırğızıstan münasibәtlәrin daha da inkişaf etmәsi gözlәnilir.

 



Әlaqәli Xәbәrlәr