Rusiyanın Liviya üzrə siyasəti

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun analitik yazısını tәqdim edirik.

1563626
Rusiyanın Liviya üzrə siyasəti

Liviya, Şimali Afrika, Şərqi Aralıq dənizi və Cənubi Avropa kontekstində geosiyasi mövqeyi baxımından əhəmiyyətli bir ölkə olmasına baxmayaraq enerji qaynaqları baxımından da xeyli zəngin bir ölkədir. Bu çərçivədə ölkədə davam edən güc mübarizəsində regional və qlobal güclər təsirli olmaq və Liviyanın gələcəyini formalaşdırılmasındasöz sahibi olmaq istəyərlər. Bu ölkələrin başında isə Rusiya yer alır.
Liviya 2011-ci ildə Qəzzafinin devrilməsindən əvvəl sosialist bir ölkə olmasına baxmayaraq, Moskvadan müstəqil bir yol izləyirdi. Buna baxmayaraq, Liviya ilə Rusiya arasındakı münasibətlər çox dərin hərbi və iqtisadi əməkdaşlığı əhatə edirdi. Lakin SSRİ-nin dağılmasından sonra bu əməkdaşlığı Moskvanın Liviyaya tətbiq olunan beynəlxalq sanksiyalara siyasi dəstəyi ilə sona çatdı. Ancaq Putinin hakimiyyətə gəlməsilə güclənməyə başlayan Rusiya yenidən dünya siyasi səhnəsinə qayıtdı və Liviya ilə əlaqələrini bərpa etdi. Mühüm silah və enerji müqavilələri bağlayaraq Liviyada təsirli olmağa başladı. Ərəb Baharının təsiri ilə ölkədə başlayan inqilab və xarici müdaxiləyə qədər bu proses davam etdi. NATO liderliyindəki müdaxilə Qəddafini devirərkən, Rusiya Liviyada oyundan kənarda qaldı.
Rusiya Liviyada davam edən vətəndaş müharibəsinə uzun müddət tamaşaçı olaraq qalsa da, nəhayət 2017-ci ildə ölkədə hökm sürən hakimiyyət boşluğundan istifadə edərək yenidən fəal olmağa başladı. Qiyamçı general Hafterə yaxınlaşarkən, xüsusilə ölkənin şərqində Vagner kimi muzdlu hərbi qüvvələrini Liviyaya apararaq nüfuz qazandı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə əlaqə saxlamağı üstün tutdu.
Hazırda Rusiyanın Liviya siyasəti rəsmi olaraq Milli Həmrəylik Hökuməti və Liviya Milli Ordusunu danışıqlar masasına gətirməyi hədəfləyir. "Tərəfsiz hakəm" rolunu öz üzərinə götürməyə cəhd edən Moskva özünü böhranın siyasi həllinin vəkili kimi təmsil edir. Lakin sahədəki vəziyyət bunun əksini göstərir. Moskvanın Hafterin ordusuna yalnız siyasi deyil, həm də hərbi dəstək verdiyi məlumdur. Rusiya silahları tez-tez Liviya Milli Ordusu döyüşçülərinin əlində görülür və muzdlular münaqişə bölgələrində iştirak edirlər. Lakin Kreml həm muzdluların mövcudluğunu, həm də silah satışını inkar etməyə davam edir.
Son illərdə Moskva Liviya siyasətində muzdlular və Əlaqə Qrupu kimi "qeyri-ənənəvi metodları" tətbiq etməyə meyl göstərdi. Bu kontekstdə Rusiyanın Liviyadakı xarici siyasətinin gedişatını Rusiyanın Orta Şərqdəki nümayəndəsi rolunu üzərinə götürən Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov mühüm səviyyədə formalaşdırır. Bundan əlavə, Ramzan Kadırov məsləhətçiləri Adam Delimxanov və Lev Dengov ilə birlikdə 2015-ci ildə qurulan Liviya Rusiya Əlaqə Qrupunu təşkil edir.
Nəticədə Rusiya Liviyadakı güc boşluğundan istifadə edərək bu sahədə təsirli oldu. Hafterə hərbi dəstək verməyə başladı. Seyfülislam başda Qəzzafi ailəsi ilə münasibətlərini inkişaf etdirdi. BƏƏ və Misir kimi ölkələrlə əlaqə saxlayaraq Vaqneri Liviyada yerləşdirdi və xüsusilə şərqdə ciddi nüfuz əldə etdi. Mövcud konyunkturada ilk növbədə müvafiq təsirini qorumaq istəyir. Rusiyanın Liviyadakı hədəflərindən biri isə, "Rosneft", "Tatneft" və "Gazprom" kimi Rusiya enerji şirkətlərinə yer açmaq üçün uyğun bir siyasi mühit təmin edərək Aralıq dənizi enerji bazarında təsirli bir rol götürməyə cəhd edir.  Bundan əlavə Moskvanın Liviyanın daxili hakimiyyətdəki mübarizəsində iştirakı, ölkədəki mövcudluğunu sabit hala gətirəcək müxtəlif siyasi qazanclar əldə etmək istəyi ilə müəyyən edilir. Bundan əlavə, Moskva Afrika qitəsində, xüsusilə Şərqi Aralıq dənizi bölgəsindəki mövcudluğunu genişləndirməyi hədəfləyir. Beləliklə, "bölgədəki" ən uzun Aralıq dənizi sahilinə sahib olan enerji baxımından zəngin Liviya, Rusiyanın xarici siyasət gündəmində öz yerini tutmuşdur. İqtisadi əhəmiyyətinə baxmayaraq, Liviya münaqişəsinin həlli Moskva üçün ən vacib problemlərdən biri deyil. Buna baxmayaraq, Rusiya Liviya böhranında iştirak edərək digər regional güclərə təsirini göstərməyi hədəfləyir.



Әlaqәli Xәbәrlәr