Türkiyədə 900 illik kitabxana ənənəsinin olduğunu bilirsinizmi?

İlk kitabxanalar Anadolu və Səlcuqluların ilk bəylikləri dövründə yaradılıb və Osmanlı dövründə inkişaf etdirilib

1560877
Türkiyədə 900 illik kitabxana ənənəsinin olduğunu bilirsinizmi?

Türkiyədə 900 illik bir kitabxana ənənəsinin olduğunu bilirsinizmi? 

Türkiyədəki kitabxana ənənəsi 900 illik tarixə söykənir. İlk kitabxanalar Anadolu və Səlcuqluların ilk bəylikləri dövründə yaradılıb və Osmanlı dövründə inkişaf etdirilib. Osmanlı imperiyasının ilk dövrlərindəki kitabxanalar məscidlər, türbələr və mədrəsələr içərisində yerləşib. 1884-cü ildə istifadəyə verilən Beyazit Dövlət Kitabxanası  Türkiyənin ilk  kitabxanasıdır. Kitabxananın rəflərdəki ilk kitablar  Osmanlı İmperiyasının məşhur tarixçisi Mustafa Naimana aid olub. Vaxt ərzində kitabxanaya çox sayda əsər və sənəd bağışlanıb və kitabxana zəngin bir məlumat bankına çevrilib. 1934-cü ildə Atatürkün istəyi ilə qəbul edilmiş "Çap olunmuş əlyazmaların toplanması və tərtib edilməsi" qanunu ilə kitabxananın məlumat bankında  ciddi  artım olub. Qəbul edilən qanun çərçivəsində Türkiyədəki hər növ  nəşrin bir nüsxəsi kitabxanaya gətirilib. Bu gün bir milyondan çox sənədlə tarixçilər üçün əvəzolunmaz bir dayanacaq olan Beyazit Dövlət Kitabxanası böyüməyə və xidmət göstərməyə davam edir.



Әlaqәli Xәbәrlәr