2020-ci ildә Avrasiya bölgәsindә yaşanan hadisәlәr

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә 2020-ci ildә  Avrasiya bölgәsindә yaşanan hadisәlәri qiymәtlәndirәcәyik.

1557749
2020-ci ildә Avrasiya bölgәsindә yaşanan hadisәlәr

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә 2020-ci ildә  Avrasiya bölgәsindә yaşanan hadisәlәri qiymәtlәndirәcәyik.

2020-ci ilin bütün dünya üçün çox çәtin bir il olduğunu deyә bilәrik. İlin әvvәlindә Çindә yayılan ‘‘Covid-19’’ epidemiyası bütün dünyaya mәnfi tәsir göstәrdiyi kimi Avrasiya bölgәsinә dә ciddi tәsirlәr göstәrib. Bölgәdә yüzminlәrlә insan hәyatını itirib. Epidemiyaya baxmayaraq 2020-ci ildә Avrasiya bölgәsindәki çox sayda ölkәdә seçkilәr keçirilib. Mәsәlәn iyunun 24-dә Monqolustanda, oktyabrın 4-dә Qırğızıstanda, oktyabrın 31-dә Gürcüstanda parlament seçkilәri keçirilib. Qırğızıstanda seçki nәticәlәri lәğv edilib vә prezident Soranboy Ceenbekov istefa verib. 2021-ci ilin 10 yanvar tarixindә Qırğızıstanda növbәdәnkәnar prezident seçkilәri vә üsul-idarә sistemini müәyyәn etmәk üçün referendum keçirilәcәk. Parlament seçkilәri isә 2021-ci ildә keçirilәcәk.Gürcüstanda da müxalifәt partiyalarının keçirilәn seçki nәticәlәrinә qarşı etirazları davam edir. 2020-ci ilin ikinci rübbündә Avrasiya bölgәsindәki üç ölkәdә  prezident seçkilәri keçirildi. 2020-ci ilin 9 avqust tarixindә Belarusda, 2020-ci ilin 10 oktyabr tarixindә Tacikistanda, 1 vә 15 noyabr tarixlәrindә isә Moldovada prezident seşkilәrinin birinci vә ikinci turu keçirildi. Belarusda xalqın bir hissәsi seçki nәticәlәrinә qarşı etirazlarını davam etdirir.  2020-ci ilin  25 iyun vә 1 iyul tarixlәri arasında Rusiyada referendum keçirildi. Keçirilәn referendumun әn önәmli mövzusu  şübhәsiz ki, Vladimir Putinin yenidәn iki dönәm prezident olmasına imkan yaratması idi. Rusiyada iyul ayından etibarәn saxlanılan Xabarovsk valisi Sergey Furqala dәstәk mitinqlәri davam etdirilir.

Fәrqanә vadisindәki sәrhәd problemlәri 2020-ci ildә dә davam etdi. Sәrhәd xәtdindә baş verәn mübahisә vә qarşıdurmalar nәticәsindә insanlar hәyatını itirdi. Bölgәdә yaşanan әn önәmli hadisә isә Dağlıq Qarabağın işğaldan azad edilmәsidir. Dağlıq Qarabağ Azәrbaycan Ordusunun 44 gün әrzindә apardığı amansız mübarizә nәticәsindә noyabrın 10-da işğaldan azad edildi. İşğal altındakı bölgәlәr Ermәnistan tәrәfindәn boşaldıldı.

2020-ci ildә Avrasiya İqtisadi Birliyi, Şanxay Әmәkdaşlıq Tәşkilatı, Müstәqil Dövlәtlәr Tәşkilatı, Kollektiv Tәhlükәsizlik Razılaşma Tәşkilatı, Türk Şurası kimi regional tәşkilatların iclasları onlayn qaydada keçirildi. Türk Şurası koronavirus epidemiyası ilә mübarizә mәsәlәsindә prezidentlәr sәviyyәsindә videokonfranslar tәşkil edәn ilk beynәlxalq tәşkilat oldu. Türk Şurası sağlamlıqdan nəqliyyata, enerjidən iqtisadiyyata qədər bütün sahələrdə təşkilata üzv dövlətlər arasında koordinasiyanın təmin edilməsi və əlaqələrin möhkəmləndirilməsi baxımından ciddi sәylәr göstәrdi.

 

 



 

 



Әlaqәli Xәbәrlәr