IV İssık-Kul Forumu

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Bişkek şәhәrindә tәşkil edilәn IV İssık-Kul Forumunu qiymәtlәndirәcәyik.

1550116
IV İssık-Kul Forumu

‘‘Avrasiye gündәmi’’ proqramının bu günkü hissәsindә Bişkek şәhәrindә tәşkil edilәn IV İssık-Kul  Forumunu qiymәtlәndirәcәyik.

Dünya şöhrәtli yazıçı Çingiz Aytmatovun ad günü münasibәtilә Qırğızıstanın paytaxtı Bişkek şәhәrindә 2020-ci ilin 11 dekabr tarixindә ‘‘Dövlәt vә ictimaiyyәt adamı Çingiz Aytmatov’’ başlıqlı forumun ilk sessiyası keçirildi. Türkiyәnin Mәdәniyyәt vә Turizm Nazirliyi himayәsi altında tәşkil edilәn forum Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın video-mesajı ilә başladı. Rәcәb Tayyib Әrdoğan çıxışında  Çingiz Aytmatovun Qırğızıstanı, qırğızları vә qırğız mәdәniyyәtini bütün dünyaya tanıtdığını vurğuladı.

Şәrq ilә qәrb arasında Anadolu Mәdәniyyәt Layihәlәri Platforması vә Çingiz Aytmatov Beynәlxalq İssık-Kul Forumunun tәşkilatçılığı ilә keçirilәn forumun açılış mәrasiminә Qırğızıstan xarici işlәr naziri, Türkiyә vә Qırğızıstan mәdәniyyәt nazirlәrinin müavinlәri, Maarif Vәqfinin rәhbәri, sәfirlәr, millәt vәkillәri, rektorlar, Bәlәdiyyә sәdrlәri, Aytmatovun ailәsi, әdәbiyyatşünaslar, elm, sәnәt vә media orqanlarının nümayәndәlәri qatıldı. Forumda çıxış edәnlәr mәşhur yazıçı haqqında danışıblar. İlk sessiyanın sonunda forumun adının ‘‘Çingiz Aytmatov Beynәlxalq İssık-Kul  Forumu’’ olaraq dәyişdirilmәsi ilә bağlı qәrar qәbul edilib. Forumun II vә III sessiyaları 2021-ci ilin 9-10 iyun tarixlәrindә keçirilәcәk.

Bişkek şәhәrindә keçirilәn forumda Çingiz Aytmatovun әsәrlәrinin әn çox Türkiyәdә nәşr edildiyi vә oxunduğu bildirildi. Yeri gәlmişkәn qeyd edәk ki, Kastamonu Universiteti yanında yazıçının adını daşıyan araşdırma mәrkәzi fәaliyyәt göstәrir.  Ankara vә Yozqat şәhәrlәrindә yazıçının büstü, İstanbulda isә abidәsi ucaldılmışdı. Türkiyәnin yeddi şәhәrindә (Ankara, Antalya, Elazığ, Eskişehir, İstanbul, Kayseri, Kocaeli) yazıçının adını daşıyan parklar mövcuddur. Türk Dünyasının ortaq dәyәri olan Çingiz Aytmatova Türkiyә Cümhuriyyәtinin sahib çıxması әhәmiyyәt kәsb edir. 2021-ci ildә Ankarada tәşkil edilәcәk İssık-Kul  Forumunun yüksәk sәviyyәdә baş tutacağını söylәyә bilәrik. Çingiz Aytmatovun bәşәriyyәtin ortaq dәyәri olduğu hәr keçәn il daha da sübuta yetirilir. 2020-ci ilin 8-10 dekabr tarixlәrindә Moskva vә Bişkek şәhәrlәrindә Çingiz Aytmatov vә XXI Әsrin Gәnclәri adlı bir başqa forum da keçirildi. Dekabrın 12-dә dә Çingiz Aytmatovun ad günü münasibәtilә Qırğızıstanda vә dünyanın müxtәlif ölkәlәrindә müxtәlif tәdbirlәr tәşkil edildi.Türkiyәnin müxtәlif şәhәrlәrindә dә anım mәrasimlәri keçirildi.  Dekabrın 12-si Qırğızıstanda Әdәbiyyat Günü olaraq qeyd edilir. 1986-cı ilin oktyabr ayında tәşkil edilәn I İssık-Kul Forumu qütblәşәn şәrq ilә qәrbi bir-birinә yaxınlaşdırdı. Bundan sonra keçiriləcək İssık-Kul Forumları da bəşəriyyətin nәzәrә çarpan məsələləri ilə bağlı fikirlərin azad bir şəkildə ifadə edildiyi və həll yollarının təklif olunduğu bir platforma olmağa davam edəcək.



Әlaqәli Xәbәrlәr