Türk Şurası Rәsmi Xarici Siyasәt Araşdırma Mәrkәzinin VI iclası

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türk Şurası Rәsmi Xarici Siyasәt Araşdırma Mәrkәzinin VI iclasını qiymәtlәndirәcәyik.

1538025
Türk Şurası Rәsmi Xarici Siyasәt Araşdırma Mәrkәzinin VI iclası

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türk Şurası Rәsmi Xarici Siyasәt Araşdırma Mәrkәzinin VI iclasını qiymәtlәndirәcәyik.

2020-ci ilin 19 noyabr tarixindә Qırğızıstan Respublikasının Milli Strateji Araşdırmalar İnstitutunun ev sahibliyindә Türk Şurası Rәsmi Xarici Siyasәt Araşdırma Mәrkәzinin VI iclası keçirildi. İclasa Azәrbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbәkistan vә Türkiyәnin strateji araşdırma institutlarının rәhbәrlәri qatılıb. Yeri gәlmişkәn qeyd edәk ki, Türk Şurası Rәsmi Xarici Siyasәt Araşdırma Mәrkәzlәri arasında әmәkdaşlığa dair anlaşma memorandumu 2015-ci ilin 8 may tarixindә Bakıda imzalanmışdı.

İclasda açılış nitqi ilә çıxış edәn Türk Şurasının Baş katibi Bağdad Amreyev şuraya üzv dövlәtlәrin  qlobal siyasi sәhnәdә daha yüksәk sәviyyәdә qarşılıqlı dәstәk tәmin etmәyi hәdәflәdiklәrini vurğulayıb. İclasa qatılan rәhbәrlәr ‘‘Covid-19’’ ilә mübarizә, Azәrbaycanın işğaldan azad edilәn torpaqlarının yenidәn inşası, tәhsil sahәsindә әmәkdaşlıq kimi mәsәlәlәr ilә bağlı çıxışlar edib. Türk Cümhuriyyәtlәrinin müstәqilliyinin 30-cu ildönümünә hәsr edilmiş xüsusi nәşrlәrin hazırlanması mәsәlәsi dә gündәmә gәlib. Tәrәflәr iclasın sonunda Azәrbaycanın Beynәlxalq Münasibәtlәr üzrә Analiz Mәrkәzinin rәhbәri  Fәrid Şafiyevin tәklifi ilә Türk Şurası Rәsmi Xarici Siyasәt Araşdırma Mәrkәzinin növbәti iclasının Azәrbaycanın Şuşa şәhәrindә keçirilmәsi ilә әlaqәdar qәrar qәbul ediblәr.

Son illәrdә Türk dünyasının ortaq beynәlxalq tәşkilatlarının fәaliyyәtlәri vә tәdbirlәri artıb. Bu növ iclasların tez-tez keçirilmәsi sözügedәn qurumlarda ortaq perspektivin formalaşmasına töhfә verәcәk. Türk Şurası Rәsmi Xarici Siyasәt Araşdırma Mәrkәzinin iclaslarının tәxirә salınmadan keçirilmәsi sevindirici haldır.Türk Cümhuriyyәtlәrinin beynәlxalq arenada daha aktiv fәaliyyәt göstәrә bilmәsi üçün sözügedәn quruluşlar güclü strategiyalar hazırlayırlar.

İclasda səsləndirilən “Türk Dünyasının Gәlәcәyi - 2040” proqramının məzmunu Türk Dünyasının strateji mərkəzləri tərəfindən hazırlanacaq.  Bu səbəbdən Türk Şurası yalnız dövlətin rəsmi beyin mərkəzlərini deyil, Türk Dünyasının bütün beyin mərkəzlərini bir araya gətirməli və Türk Dünyasının gələcəyini birlikdə formalaşdırmaq  üçün onlara rəhbərlik etməlidir.

Türk Cümhuriyyətlərində beyin mərkəzlərinin yeni inkişaf etməyə başladığı məlumdur. Türk Cümhuriyyətləri vergilərin bir hissəsini bu növ qurumları dəstəkləmək üçün ayıraraq sektorun maliyyə problemini həll edə bilər. Onsuz da inkişaf etmiş ölkələr oxşar metodlarla bu sahəyə investisiya yatırarak  mükafatlarını alırlar.

Türk Cümhuriyyətlərinin müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş xüsusi nəşrlərin hazırlanması kontekstində bu növ nəşrlərin şuraya üzv vә müşahidәçi dövlәtlәrin dillərində yayımlanmasına diqqət yetirmək çox yerindә bir qәrar olacaq.

 

 

 



Әlaqәli Xәbәrlәr